Icma.az
close
up
RU
Kredit kartlarının sayı azalıb Səbəblər nələrdir?

Kredit kartlarının sayı azalıb Səbəblər nələrdir?

Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə bu ilin mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı fevralın sonuna nəzərən 62 min ədəd artaraq 22 milyon 409 min ədəd təşkil edib. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9.5% artıb.

Ödəniş kartlarında debet kartlarının sayı 12% artıb, kredit kartlarının sayı isə 9% azalıb (2 milyon 71 min ədədə enib). Ötən ilin eyni dövründə kredit kartlarının sayı 2 milyon 278 min ədəd idi.

Kredit kartlarının azalmasının səbəbləri nələrdir?

İqtisadçı Xalid Kərimli Banco.az-a bildirib ki, kredit kartlarının sayının azalmasında Mərkəzi Bankın siyasəti də mühüm rol oynayıb:

"Söhbət ötən ilin iyul ayında kredit kartlarına tətbiq edilən məhdudiyyətdən gedir. Həmin qərara əsasən, şəxsin rəsmi gəlirinin beş mislindən artıq kredit xətti ayrılması qadağan edildi. Bu dəyişiklik bazara ciddi təsir göstərdi.

Bununla yanaşı, bankların tətbiq etdiyi prudensial tədbirlər və məsuliyyətli kreditləşmə siyasəti də bu prosesdə önəmli rol oynayır. Mərkəzi Bank vətəndaşların kredit yükünün nəzarətli və tənzimlənən şəkildə artmasının tərəfdarıdır və banklar da bu siyasəti icra edirlər.

Əslində kredit kartları ilə bağlı əsas dəyişiklik məhz ötən ilin yayında baş verdi. Bir müddət kredit kartları çox sürətlə populyarlaşdı və bazarda bir növ “bum” yaşandı. İnsanlar geniş şəkildə kredit kartlarından istifadə etməyə başladılar. Lakin sonradan vətəndaşlar kredit kartlarının ciddi maliyyə öhdəlikləri və yüksək faiz xərcləri yaratdığını daha aydın görməyə başladılar. Bu da məsuliyyətli borclanmaya marağı artırdı.

Kredit kartı girovsuz və təminatsız verilən kredit növüdür. Üstəlik, istənilən vaxt əlavə müraciət etmədən istifadə olunduğu üçün kifayət qədər rahat, eyni zamanda bahalı maliyyə alətidir. Son illərdə kredit faizlərinin artması da vətəndaşların kredit kartlarına daha ehtiyatla yanaşmasına səbəb olub".

X. Kərimlinin sözlərinə görə, əvvəllər kredit kartları çox aqressiv şəkildə reklam edilirdi: “İndi istifadə et, 40 gün sonra ödə”, “iki ay sonra qaytar” və s. kimi kampaniyalar insanları daha çox borclanmağa təşviq edirdi. Banklar kredit kartlarını yaymaq üçün yüksək keşbeklər və müxtəlif güzəştlər təqdim edirdilər. Lakin zaman keçdikcə həmin güzəştlər və keşbek faizləri də azalmağa başladı.

Beləliklə, kredit kartlarının azalmasına təsir edən əsas amillər bunlardır:

Mərkəzi Bankın tətbiq etdiyi məhdudiyyətlər; Kredit faizlərinin yüksəlməsi; Bankların əvvəlki güzəştli şərtləri azaltması; Kredit kartlarının ümumilikdə bahalı maliyyə aləti olması.

Bütün bunların fonunda vətəndaşlar da öz xərclərini daha planlı şəkildə idarə etməyə və borclanma qərarlarında daha ehtiyatlı davranmağa başlayıblar".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://banco.az
archiveBu xəbər 12 May 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri