Icma.az
close
up
RU
“Xarici agentlər”: Qazaxıstan Gürcüstanın yolu ilə gedir?

“Xarici agentlər”: Qazaxıstan Gürcüstanın yolu ilə gedir?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstan parlamentinin bir neçə deputatı “Xarici agentlər haqqında” yeni qanunun qəbul edilməsini təklif ediblər.

"Cebheinfo.az" xəbər verir ki, parlamentin iclasında "Qazaxıstan Xalq Partiyası" fraksiyasından olan bir neçə deputat “Xarici agentlər haqqında” yeni qanunun hazırlanıb qəbul edilməsinin vacib olduğunu bildiriblər.

"Bütün Qazaxıstan vətəndaşları daxil, biz də bilməliyik ki, Qazaxıstan Parlament Məclisinə təqdim olunan məlumatlar aydın, qərəzsiz və dəqiqdir, eləcə də informasiyalar haradan gəlir. Onları müstəqil jurnalistlər təqdim edir, yoxsa kiməsə pul ödəyərək müəyyən gündəmi formalaşdıranlar? Çox vaxt bunu müəyyən vəsait alan və qarşılarına konkret məqsədlər qoyulan şəxslər edirlər. Bəzən bu gündəm ölkəmiz üçün zərərli və dağıdıcı ola bilər", - deyə Qazaxıstan parlamentinin deputatı İrina Smirnova bildirib.

Beləliklə, İrina Smirnova parlamentin plenar iclasında bir neçə deputatın sorğusunu Baş nazirə ünvanlayıb.

Eyni zamanda, İrina Smirnova ötən plenar iclasda deputatların Qazaxıstandakı USAID fəaliyyətinə dair ölkənin Baş nazirinə sorğu ünvanladığını da xatırladıb.

Onun sözlərinə görə, hazırda Qazaxıstanda təxminən 200 qeyri-hökumət təşkilatı xaricdən maliyyə alır və onların 70 %-i müxtəlif ABŞ mənbələri vasitəsilə maliyyələşdirilib.

Deputat əlavə edib ki, bir çox ölkə oxşar problemlərlə üzləşdikdə, məhz onlar “Xarici agentlər haqqında” qanunun qəbul edilməsi yolu ilə bunu həll etməyə çalışırlar.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəsmi saytında bildirilmişdi ki, dünyanın müxtəlif yerlərində, o cümlədən Qazaxıstanda USAID tərəfindən işə götürülən əməkdaşlar 7 fevral tarixindən inzibati məzuniyyətə buraxılıblar.

Səbinə Uğur
"Cebheinfo.az"

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Fevral 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri