Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Aldadıcı reklamlar

Aldadıcı reklamlar

Missiya.az saytına istinadən Icma.az xəbər verir.


“Şok endirimlər”, “Qara Cümə” və s. başlıqlarla vətəndaşların cəlb edilərək aldadılması dövrümüzün ən aktual problemlərindəndir. Xüsusilə onlayn ticarətdə ucuz qiymətlərlə insanlara təqdim olunan məhsulların reklamda göstərilən amillərlə uyğunsuzluğu kimi mənfi hallar baş alıb gedir. Ümumiyyətlə bəzi satış yerləri müxtəlif yanıldıcı reklamlarla məhsullarını elə təqdim edirlər ki, amma reallıqda isə belə olmur.

Azad İstehlakçılar Birliyinin sədri (AİB) Eyyub Hüseynov Missiya.Az-a açıqlamasında deyib ki, əslində reklam materialı çaşdırıcı olmamalıdır:
“Bunun üçün vətəndaş dövlət orqanlarına müraciət edərsə və həmin orqanlar istehlakçı hüquqlarını qorumaq üçün monitorinq apararsa qarşı tərəfi ciddi cərimələr gözləyə, hətta 6 min manata qədər cərimə oluna bilərlər. Bu günlərdə gələn şikayətin biri “Temu” satış şəbəkəsindəndir. Şəxsin biri “çelik” tava (ağır tava) deyilən bir reklam materialına baxıb və düşünüb ki, normal, ağır mətbəx tavasıdır. Məlum olub ki, naməlum materialdan – güman ki, alminiumdan, qızılı, sarı rəngə boyanmış yüngül, dəyəri olmayan tavadır. Eləcə də sözügedən şəxs reklamda saat görüb, lakin ona çatdırılandan sonra bilib ki, həqiqi saat deyil və saat kimi hazırlanmış aksesuardır. Digər aldığı bir neçə əşya da o şəkildə gəlib”.
Eyyub Hüseynov bildirib ki, “Temu” yeni bazara çıxmış onlayn satış şirkətlərindən biridir. Elə ən çox internet üzərindən olan satış şəbəkələrində belə hallar yaşanır:
“Təəssüf ki, reklam materialları ilə reallıq uyğun gəlmir, istehlakçı aldadılır. Pulu əvvəlcədən köçürülür, sonra onu dəyişmək, geri qaytarmaq çətin bir məsələyə çevrilir. Çünki məsafə uzaqdır. Məsafəsi uzaq olmayan satış şirkətlərində də belə durum yaşanır. Azad İstehlakçılar Birliyinə gələn şikayətlər bu sahədə də kifayət qədərdir. Bəzən alıcı sifariş verir. Lakin məhsul gəlib çıxmır, itirilir. İstehlakçıya onun tələbatına uyğun olmayan məhsullar da təqdim edilir. Əsasən axşam vaxtı, metro çıxışında verilir. O cümlədən alınan əşyalar üçün kassa çeki belə verilmir və s. Reklam tələsinə düşən insanlar əslində hüquqlarının pozulması ilə əksər hallarda qarşılaşır. Ölkədə ənənəvi bizneslə onlayn biznes ciddi rəqabət aparır. Ən çox sözügedən problemlər internet üzərindən olan ticarət zamanı olur”.
O vurğulayıb ki, stasionar ticarətdə də neqativ hallar baş verir:
“Reklamlarda yüksək faizli endirimlər xüsusilə istehlakçını qapıdan içəri salmaq məqsədi güdür. İçəri girəndən alıcı seçim edir və ona bildirirlər ki, məsələn bu endirimə düşmür. Və yaxud vətəndaş seçdiyi məhsulu alır və görür ki, bu onun tələbatını ödəmir. Dəyişmək, qaytarmaq istəyir və deyirlər ki, dəyişmək olmaz. Çünki kampaniya vaxtı alınıb. “Qara Cümə” günləri keçirilir ki, istehlakçılar ən çox bu zaman aldadılır. Satışdan çıxarılmış, alınıb geri qaytarılmış və standartlara uyğun olmayan əşyaların satışı icra edilir. Heç də bu “Qara Cümə” istehsalçılar və satıcılar üçün yox, elə istehlakçılara “Qara Cümə”dir".

Bəs, bu tip vəziyyətlərlə üz-üzə qalan şəxslər nələri bilməlidir? Öz hüquqlarını necə müdafiə etsinlər?
Eyyub Hüseynov vətəndaşlara səsləndi:
“Bütün hallarda reklam materiallarından aldanmış istehlakçıları çağırıram ki, məhsul alanda kassa çeki tələb etsinlər. Aldıqları mürəkkəb texniki vasitədirsə zəmanət talonu da istəsinlər. Hüquqları pozularsa, 195 qaynar telefon xətti ilə İqtisadiyyat Nazirliyinə, ya da yazılı ərizə ilə Azad İstehlakçılar Birliyinə müraciət etsinlər. Hüquqları təmənnasız olaraq qorunacaq”.
Zərintac Mayisqızı
Missiya.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://missiya.az
archiveBu xəbər 26 Noyabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see637

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see330

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see318

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see228

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see226

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri