Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək
Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 2-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər. Bu barədə SİA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Hökumətlərin təqdim etdiyi layihələrin həyata keçirilməsində parlament diplomatiyasının rolu mövzusunda keçiriləcək müzakirələrdə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında siyasi, humanitar, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq. Bundan əlavə, Qafqazdakı və Yaxın Şərqdəki vəziyyət, Bakıda keçirilmiş COP29 tədbiri və digər vacib mövzular da iclasın gündəliyində yer alır. Tədbirin sonunda mətbuat konfransı keçiriləcək.Səfər dekabrın 4-də başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 29 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















