Xarici işıq cihazlarını nəzarətdə saxlayın DYP dən HAVA XƏBƏRDARLIĞI
Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, məlumatda deyilir:
"Ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-dək davam edəcək. Dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da, məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır".
DYP nələri tövsiyə edir?
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, onları xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 11 Mart 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















