Icma.az
close
up
RU
Xarici işlər nazirləri Hakan Fidan və Lavrov birgə mətbuat konfransı keçiriblər

Xarici işlər nazirləri Hakan Fidan və Lavrov birgə mətbuat konfransı keçiriblər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə keçirdiyi birgə mətbuat konfransında: "Biz danışıqlar yolu ilə sülhün bərqərar olması üçün hər cür dəstəyi verməyə hazırıq. Əvvəlki kimi danışıqlara ev sahibliyi etməyə hazırıq", - deyib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Xarici İşlər Nazirliyində görüşüb. Nazirlər görüşün yekunlarına dair mətbuat konfransında çıxış ediblər.

Hakan Fidan: "Biz hər iki qonşumuzun sülh və əmin-amanlıq içində yaşamasını istəyirik. Bu müharibə müxtəlif coğrafiyalara mənfi təsir göstərir. Ümid edirik ki, bu böhran indi daimi həllinə nail olacaq. Münaqişə başlayandan qısa müddət sonra biz Qara dəniz taxıl təşəbbüsünü uğurla başladıq.

Bu gün müharibənin 4-cü ilinə qədəm qoyduğumuz vaxtda ABŞ-ın irəli sürdüyü bir təşəbbüs var. Bu vəziyyət müharibə başlayandan bəri apardığımız siyasətə uyğundur. Biz ABŞ-ın yeni təşəbbüsünə böyük əhəmiyyət veririk.

Bizim son məqsədimiz iki qonşumuz arasında davamlı sülhə nail olmaqdır. Belə qənaətdəyik ki, hər iki tərəf danışıqlarda iştirak etməlidir. Biz danışıqlar yolu ilə sülhün bərqərar olması üçün hər cür dəstəyi verməyə hazırıq. Biz əvvəlki kimi danışıqlara ev sahibliyi etməyə də hazırıq.

Suriyada son 3 ayda baş verənlər ümidvericidir. Türkiyə olaraq bu prosesdə də türk xalqının yanında olacağıq. Suriyada separatçı hərəkatların dayandırılması ilə bağlı eyni fikirləri bölüşürük

Suriyada yuva salan terror təşkilatlarına dözməkdən söhbət gedə bilməz. Hər kəsin Türkiyənin təhlükəsizlik qayğılarına hörmətlə yanaşmasını gözləyirik", - deyə çıxışında qeyd edib.

Lavrov: "Beynəlxalq gərginliyə baxmayaraq, Türkiyə və Rusiya hər sahədə təmasdadır. Prezident Ərdoğan və Rusiya prezidenti Putin daimi təmasdadır.

Fidan müəllimlə saatlarla danışıq apardıq. Son görüşümüz G20 toplantıları çərçivəsində oldu. Biz enerji və maliyyə sektorlarında, eləcə də nəqliyyat və turizm sektorlarında əməkdaşlığımızdan danışdıq. Akkuyudakı atom elektrik stansiyası ilə bağlı da danışıqlar apardıq. Biz bu reaktorları tez bir zamanda işə salmaq üçün çalışırıq. İş 24 saat davam edir. "Türk axını" kimi boru kəmərlərinin təhlükəsizliyindən danışdıq.

Ər-Riyadda keçirilən danışıqlarda fərqli fikirlər ortaya çıxıb. ABŞ tərəfdaşlarımızla müzakirələrimizi davam etdirəcəyik. Rusiya ilə ABŞ arasında görüş barədə məlumat verdim", - deyə bildirib.

Lavrov: "Biz mövqeyimizi dəyişməmişik. (Zelenski) Onların ideyaları tez-tez dəyişir, Avropa ölkələrinin də fikirləri tez-tez dəyişir. ABŞ-ın mövqeyi və baxışı tutarlıdır. Danışıqlar qənaətbəxş nəticə verdikdə hərbi əməliyyatlar dayandırıla bilər.

Əgər təhlükəsizlik təminatlarından danışırıqsa, bunun necə olacağı yazılıb, Ukrayna özü bunu formalaşdırıb, amma Qərb bunu qadağan edib", - deyə əlavə edib.

Hakan Fidan: "Türkiyənin əlindən gələni etdiyini görürük. Biz son danışıqlarda gündəmdə olan təhlükəsizlik təminatlarını da diqqətlə izləyirik. Hazırda danışıqları, görüşləri diqqətlə izləyirik. Türkiyə sürətləndirən və ya asanlaşdıran istənilən rolu oynamağa hazırdır. Məqsədimiz bu müharibəni mümkün qədər tez bitirməkdir", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Fevral 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri