Xarici siyasətdə ABŞ və digər böyük dövlətlərlə əlaqələr gücləndirilir Komitə sədri
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Azərbaycan Prezidenti cənab İlham Əliyev 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində çox mühüm məqamlara toxunub. Keçən ilin yekunları, təhlükəsizlik məsələləri, siyasi vəziyyət, regional və beynəlxalq əlaqələr, eyni zamanda məmurların fəaliyyətinə dair məsələlər və Azərbaycanda baş verən hadisələr, bütün proseslərə əhatəli qiymət verib".
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Prezident İlham Əliyevin dünən yerli telekanallara veridiyi müsahibəni şərh edərkən bildirdi.
Deputat əlavə etdi ki, ən ciddi məsələlərdən biri sülh dövrü və təhlükəsizlik reallıqlarıdır:
"Cənab Prezident bu mövzuda açıqlamalar verərək 2025-ci ildə Ermənistanla münasibətlərdə münaqişənin siyasi mərhələsinin yekunlaşmasını xüsusi vurğulayıb və uzun illər sonra sülh şəraitində yaşamağın vacibliyini bir daha diqqətə çatdırıb. Cənab Prezident əlavə edib ki, sülh dövrü və sabitlik yeni çağırışlar yaradır. Bu çağırışlara cavab vermək üçün ordu və digər vasitələr gücləndirilməlidir. Xüsusi xidmət orqanları informasiya əldə etmək üçün bütün güclərini səfərbər etməli, həm sülhün davamını təmin etməli, həm də müdafiə qabiliyyətini möhkəmləndirməlidir.
Vaşinqtonda keçirilən görüşün mühüm addım olduğunu və Amerika Birləşmiş Ştatlarının zəmanət kimi çıxış etməsinin əhəmiyyətini də Prezident vurğulayıb. Müdafiə sənayesi və ordunun gücləndirilməsi məsələsinə də toxunan cənab Prezident ordu quruculuğunun son 5 ildə keçdiyi mərhələləri, əldə olunmuş nailiyyətləri və qarşıda duran problemlərin həll yollarını qeyd edib. Ordunun təhlükəyə uyğun çevik, müasir və öncədən təchiz olunmuş qüvvə olması vacibdir. Müasir silahlar, texnikalar və sursatdan istifadə edən milli kadr potensialının yetişdirilməsi əsas prioritetdir. Eyni zamanda hüquq-mühafizə və xüsusi xidmət orqanlarının nailiyyətləri daha da təkmilləşdirilməlidir.
Dövlət başçısı bildirib ki, ordu təkcə Vətən müharibəsindən sonra möhkəmlənməyib, bu proses davamlı olmalıdır. Dünyada beynəlxalq hüququn kağız üzərində qaldığını və gücün üstünlük təşkil etdiyini qeyd edən Prezident vurğulayıb ki, Azərbaycan öz gücünü qoruyaraq, beynəlxalq hüquqda və qüvvə balansında realist yanaşmanı əsas götürməlidir.
Regional rol və strateji tərəfdaşlıq məsələlərinə də toxunan dövlət başçısı Türk Dövlətləri Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı və digər beynəlxalq qurumlarla əməkdaşlığın vacibliyini qeyd edib. Cənab Prezident bildirib ki, sabitlik üçün gücdən istifadə etməyi bacarmaq, büdcə xərclərində müdafiə və təhlükəsizlik istiqamətinə prioritet vermək zəruridir. Xarici siyasət və strateji tərəfdaşlıqların vacibliyini vurğulayan Prezident Amerika Birləşmiş Ştatları və digər böyük dövlətlərlə münasibətlərin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. Bu siyasətin əsas məqsədi ərazi bütövlüyü, suverenliyin qorunması və hər bir vətəndaşın rifahıdır. Cənab Prezident milli mənəvi dəyərlərə də diqqət yetirərək Azərbaycan dilinin qorunması və inkişafını önəmli məsələlərdən biri kimi göstərib".
Nuriyyə NATİQQIZI
Baxış sayı:58
Bu xəbər 06 Yanvar 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















