Xarici valyutanın alışı satışı 190 milyon dollar üstələyib
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı mübadilə şöbələrində nağd xarici valyutanın alışı satışını 190 milyon ABŞ dolları üstələyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) iməlumat yayıb.
Bildirilib ki, cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib ki, bu da həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərir.
“Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 2,1 faiz bəndi azalaraq 2026-cı ilin martında 28 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Xüsusilə apreldə keçirilən valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması nəticəsində valyuta bazarında təklif artıqlığı yaranıb. AMB alışyönlü müdaxilə həyata keçirib. 4 ayda qurumun valyuta ehtiyatları 10,2 % artaraq 12,7 milyard ABŞ dollarına çatıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 06 May 2026 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















