Xartum yaxınlığına endirilən aviazərbə nəticəsində 10 nəfər ölüb
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sudanın paytaxtı Xartumun cənubunda yerləşən Mayo rayonunun Əl-Səxric stansiyasına endirilən aviasiya zərbəsi nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər isə yaralanıb.
AZƏRTAC xəbər verir ki, yaralananların əksəriyyəti hadisə yerindən dörd kilometr məsafədəki Bəşair xəstəxanasına çatdırılıb. Hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.
Əl-Səxric stansiyası yaxınlığında bazar və bir neçə ərzaq mağazası yerləşdiyi üçün həlak olanların əksəriyyəti mülki şəxslərdir.
Xatırladaq ki, 2023-cü il aprelindən bəri Sudanda ordu ilə çevik qüvvələr arasında şiddətli toqquşmalar davam edir. Beynəlxalq təşkilatların son məlumatına görə, münaqişə nəticəsində 30 minə yaxın insan həlak olub, 14 milyondan çox sudanlı isə məcburi köçkün vəziyyətinə düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















