Icma.az
close
up
RU
Xəbər proqramlarının jest dilində tərcüməsi daha vacibdir RƏY

Xəbər proqramlarının jest dilində tərcüməsi daha vacibdir RƏY

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şərt deyil ki, 24 saat ərzində bütün proqramlar Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunsun


Əsas xəbər proqramında, maarifləndirici verilişlərin bəzilərində surdo-tərcümə xidmətinin tətbiq edilməsi mühüm haldır 


Televiziyalar qarşısında qoyulan yeni tələb əlilliyi olan şəxslərə informasiyaların çatdırılması məqsədilə işarət dilindən istifadə edilməsidir. Yeni tələb Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. 

Dəyişikliyə əsasən sözügedən qanunda istifadə olunan anlayışlara Azərbaycan işarət dili də əlavə edilib. Layihəyə əsasən, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi deməkdir. Qanuna əlavə edilən yeni 12-1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

 “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı Milli Məclisdə jest dili haqqında aparılan müzakirələrin və eşitmə məhdudiyyətli şəxslərin informasiyaya əlçatanlığının təmin edilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib. QHT sədrinin sözlərinə görə, televiziya kanallarında işarət dili tərcüməsinin olması müsbət qərardır və bu təşəbbüs alqışlanmalıdır. Bununla belə, bu tələbin uğurla həyata keçirilməsi üçün ən vacib ilkin addım peşəkar mütəxəssislərin hazırlanmasıdır.

“Hazırda televiziyalar bu tələbi necə icra edəcək?” – deyə sual ünvanlayan Cəmilə Çingizqızı mövcud ixtisaslı işarət dili tərcüməçilərinin sayının yetərli olmadığını vurğulayıb. Onun sözlərinə görə, bəzi tədbirlərdə qeyri-peşəkar şəxslər “jest dili tərcüməçisi” kimi təqdim olunur və onların təqdim etdiyi tərcümə eşitmə məhdudiyyətli şəxslər üçün tam anlaşılan olmur. Nəticədə, bu kateqoriyadan olan insanlar öz ana dillərinin qeyri-ciddi şəkildə təqdim olunmasından narahat olurlar.

C.Çingizqızının fikrincə, informasiya proqramlarının jest dilində tərcüməsi vacibdir, lakin bu prosesin effektiv icrası üçün əvvəlcədən bir sıra addımlar atılmalıdır: “Peşəkar jest dili tərcüməçilərinin hazırlanması üçün ixtisaslaşdırılmış kurslar təşkil edilməlidir. Ali və orta ixtisas təhsil müəssisələrində işarət dili tərcüməçiliyi ixtisası açılmalıdır.  Beynəlxalq sertifikatlı mütəxəssislər yetişdirilməlidir. İşarət dili üçün rəsmi terminologiya və vahid standart hazırlanmalıdır ki, televiziya kanallarında tərcümə vahid sistem üzrə aparılsın.  Bundan sonra texniki imkanlar və hüquqi baza da formalaşdırılmalıdır”.

QHT sədri qeyd edib ki, əks halda bu tələb reallıqda tam icra edilə və keyfiyyət baxımından gözlənilən nəticəni verməyə bilər. Bu mövzunun həssaslığını nəzərə alaraq, aidiyyəti qurumların məsələyə ciddi və sistemli yanaşması vacibdir (qht.az).


“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə  əlillərin hüquqları haqqında Konvensiyanı xatırladıb. Onun “Sherg.az”a açıqlamasına görə, bu kateqoriyadan olan insanların da digərləri ilə bərabər səviyyədə informasiya-kommunikasiya texnologiyalarından yararlanmaq hüququ var:

"Konvensiyaya qoşulan dövlətlər, o cümlədən Azərbaycanda görmə-eşitmə və nitq qabiliyyəti zəif olan şəxslər üçün müxtəlif növ tərcümə xidmətləri təmin edilməlidir. Həmin təbəqənin informasiyadan istifadə imkanını təmin etmək üçün onlara kömək və dəstək göstərilməsinin digər lazımi formalarını inkişaf etdirmək vacibdir. Hər bir vətəndaşın televiziyaya baxmaq, əylənmək, o cümlədən, gündəlik yeniliklərlə tanış olmaq hüququ var. Sözsüz ki, fiziki imkanları məhdud olan şəxslər də bu hüquqdan yararlanmalıdır. Türkiyə televiziyalarının məlum təcrübəsini alqışlayıram. Təəssüf ki, uzun illərdir  Azərbaycan teleməkanında surdo-tərcümədən istifadə olunmur. Halbuki ölkəmizdə kifayət qədər fiziki imkanları məhdud olan tamaşaçı var. Sevindirici haldır ki, artıq telekanallar üzərinə belə bir öhdəlik qoyulacaq və bundan sonra özlərinin yayım siyasətində bu amili nəzərə alacaqlar. 

Bu səbəbdən sözügedən dəyişikliyi kifayət qədər əhəmiyyətli və vacib hal kimi qiymətləndirirəm. Şərt deyil ki, 24 saat ərzində bütün proqramlar Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunsun, lakin əsas xəbər proqramında, maarifləndirici verilişlərin bəzilərində surdo-tərcümə xidmətini tətbiq edilməsi mühüm haldır”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Fevral 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri