Icma.az
close
up
RU
Əhliman Əmiraslanovdan akademik Zərifə Əliyevanın ingilis dilində kitabına rəy

Əhliman Əmiraslanovdan akademik Zərifə Əliyevanın ingilis dilində kitabına rəy

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Müasir elmin çağırışlarına uyğun olaraq beynəlxalq elm ictimaiyyətinin və dünyada nüfuzlu tibb universitetlərinin tələbə-müəllim heyətinə təqdim edilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin təşəbbüsü, AMEA prezidenti akademik İsa Həbibbəylinin ön söz müəllifliyi ilə Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu "Oftalmologiyanın aktual problemləri” adlı elmi əsaslı kitabı ilk dəfə ingilis dilinə tərcümə olunaraq nəşr olunmuşdur.

Kitab göz xəstəlikləri, onların diaqnostikası və müalicəsinə dair fundamental əsərdir. Bu gün də aktuallığını qoruyan və mütəxəssislərin, xüsusən də gənc oftalmoloqların geniş istifadə etdiyi bu kitab ilk dəfə 1983-cü ildə görkəmli oftalmoloq alimlər akademik Zərifə Əziz qızı Əliyeva, professor Nina Borisovna Şulpina və akademik Larisa Konstantinovna Moşetovanın həmmüəlliflikləri ilə rus dilində nəşr edilmişdir. Monoqrafiyanın hazırlanmasında məqsəd oftalmologiya elminin əsas nailiyyətlərini toplamaq, ümumiləşdirərək təhlil və şərh etmək, bununla da həkimlərin biliklərini artırmaq ehtiyacını ödəmək idi.

Akademik Zərifə Əliyeva çoxsaylı elmi əsərlərin, monoqrafiya,  səmərələşdirici təklif və dərs vəsaitlərinin müəllifi olmuşdur. Zərifə xanım Əliyeva oftalmologiya sahəsində yeni istiqamətlər üzrə tədqiqatlar aparmış, bununla bağlı görülən müalicə-profilaktika tədbirlərinə silsilə işlər həsr etmişdir.  Zərifə xanım Əliyevanın tədqiqatlarında müasir müalicə üsulları ilə bağlı ümumiləşdirilmiş nəzəri prinsiplər və mülahizələr əvvəllər mövcud olan elmi modellərə deyil, praktiki təcrübədən və real həyatda aparılan müşahidələrdən əldə edilən nəticələrə əsaslanırdı. 

Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu "Oftalmologiyanın aktual problemləri” adlı kitab  beş bölmədən ibarətdir. Birinci bölmə həkim deontologiyası, tibbi etika və əxlaq məsələlərinə həsr olunmuşdur. İkinci bölmədə gözün biomikroskopiyasının müasir aspektləri əks olunmuşdur. Bu bölmədə gözün optik mühit və qişalarının biomikroskopiya üsulları, kataraktanın biomikroskopiyasının klinik əhəmiyyəti və s. haqqında geniş məlumat qeyd olunmuşdur. Üçüncü - oftalmovirusologiyanın əsasları bölməsində kəskin virus konyuktivitləri və gözün herpetik xəstəlikləri əks olunmuşdur. Dördüncü bölmə gözün zədələnmələrinə həsr olunmuşdur. Bu bölmədə göz almasına nüfuz edən zədələr, gözün kontuziyası, gözün mexaniki zədələnmələri zamanı təxirəsalınmaz yardım və müalicə tədbirləri, müxtəlif istehsal sahələrində gözün toksiki-kimyəvi zədələnmələri barədə ətraflı məlumat əks olunmuşdur. Beşinci bölmə də oftalmologiyanın  aktual problemlərindən biri olan gözün mikrocərrahiyyəsinin propedevtikasına aid olub, bu bölmədə mikrocərrahi blokun təchizatı, mikrocərrahi müdaxilənin əsas prinsipləri, qlaukomanın, gözün kontuziyasının və zədələnmələrinin mikrocərrahi üsullarla müalicəsi geniş təsvir edilmişdir. 

Zərifə xanım Əliyevanın həmmüəllifi olduğu "Oftalmologiyanın aktual problemləri” adlı vəsait oftalmoloqlar və bu sahə üzrə ixtisaslaşan həkim rezidentlər üçün  əhəmiyyətli olub, ingilis dilinə tərcüməsi geniş oxucu kütləsinin qazanılmasına şərait yaradacaqdır.

Akademik Zərifə Əliyeva  gənc nəslin təlim-tərbiyəsində, peşəkar həkim-oftalmoloqların,  yüksək ixtisaslı elmi  kadrların yetişməsində böyük xidmətlər göstərmişdir. O, onlarca elmlər doktoru və elmlər namizədinin elmi rəhbəri və məsləhətçisi olmuş, böyük bir elmi məktəb yaratmışdır.  Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir, gənc ixtisaslı həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsinə kömək göstərir. 

Zərifə xanım Əliyevanın qələmə aldığı orijinal monoqrafiyalarında, monumental kitablarında, çoxsaylı elmi və elmi-kütləvi əsərlərində, ən əsası da hələ sağlığında el məhəbbəti qazandığı,  özünün  heykəlini ucaltdığı insanların qəlbində daim yaşayır və yaşayacaqdır. Akademik Zərifə Əliyeva irsi həm bu günümüz, həm də gələcəyimiz üçün tükənməz, təkrar bir örnəkdir.

Əhliman Əmiraslanov

Akademik, SSRİ Dövlət Mükafatı Laureatı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://unikal.az
archiveBu xəbər 17 İyul 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri