Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər Ən çox bu ölkələr zərbə alacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
Alimlər iqlim dəyişikliyinin və havanın çirklənməsinin təsirləri ilə bağlı apardıqları araşdırmalarda dəhşətli nəticələr əldə ediblər.
Turkustan.az xəbər verir ki, Maks Plank Kimya İnstitutunun mütəxəssisləri tərəfindən aparılan araşdırmaya görə, bu iki amilin 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola biləcəyi təxmin edilir.
Tədqiqat 2000-2090-cı illər arasındakı məlumatların 10 illik fasilələrlə təhlili yolu ilə həyata keçirilib.
Nəticələr daha çox ölümün xüsusilə Cənubi və Şərqi Asiyada baş verəcəyini ortaya qoyub. Bölgədə havanın çirklənməsi ilə bağlı davamlı problemlər bu pessimist proqnozun əsas səbəblərindəndir.
Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi regionlarda ekstremal temperaturlara görə ölümlərin çox olacağı gözlənilir.
Xüsusilə ABŞ, İngiltərə, Fransa, Yaponiya, Yeni Zelandiya kimi ölkələrdə bu tendensiya artıq özünü göstərməyə başlayıb./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 22 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















