Icma.az
close
up
RU
Xəbərdarlıq edildi: Azərbaycanda kartof bir daha bu qiymətə olmayacaq Səbəbi açıqlandı

Xəbərdarlıq edildi: Azərbaycanda kartof bir daha bu qiymətə olmayacaq Səbəbi açıqlandı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Mart ayında aidiyyəti qurumlar və ekspertlər yerli kartofun bazara çıxması ilə qiymətlərin aşağı düşəcəyini vəd etsələr də, gözlənilən ucuzlaşma hələ də baş verməyib. Alıcılar bahalıqdan, satıcılar isə artan xərclərdən gileylənirlər. Hazırda kartofun qiyməti bazarda 1,3-1,6 manata təklif olunur. Bu da əvvəlki aylardakı qiymətlərlə eynidir. Mövsümə baxmayaraq, qiymətlərin sabit qalması, endirimin olmaması ciddi suallar doğurur.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli sözügedən problemin səbəblərini sadaladı. O hesab edir ki, qiymətlərin sabit qalmasında əsas səbəblər dəyişkən hava şəraiti və istehsalın az olmasıdır:

“Bu dövrdə Azərbaycanda kartofun qiyməti enməli idi. Çünki bu müddət yeni kartofun bazara çıxması ilə səciyyələnir. Lakin ardıcıl yağan yağışlar və soyuq hava şəraiti kartof yığımını ləngidir. Nəticədə, faraş kartof bazara kütləvi şəkildə çıxarıla bilmir.

Bundan əlavə, əvvəlki illərlə müqayisədə bu il kartof istehsalında ciddi azalma müşahidə olunur. Məsələn, 2023-cü ildə kartof istehsalının əsas mərkəzlərindən biri olan Cəlilabad rayonunda 60 min hektar sahədə kartof əkilmişdi. 2024-cü ildə bu rəqəm 30 min hektara düşüb. Bu il isə kartof əkini təxminən 20-25 min hektar arasında qərarlaşıb. Beləliklə, həm istehsalın azalması, həm də əlverişsiz hava şəraitinin yığıma təsiri qiymətlərin yüksək səviyyədə qalmasına səbəb olub”.

Ekspert qeyd etdi ki, qiymətin enib-enməməsi hava şəraitindən asılı olacaq, lakin yenidən bazarda ötənilki qiymətləri müşahidə etməyəcəyik:

“Sahibkarlar xaricdən gətirilən kartofu yalnız kiçik partiyalarla idxal edirlər. Bu, bazarda qiymətlərin kəskin şəkildə enməsi halında ziyana düşməmək üçün atılan addımdır. Ölkədə 2023-cü ildən qalan kartof ehtiyatı isə artıq mart ayında tükənib. Bu faktorlar da qiymətlərin eyni qalmasına təsir edir.

Azərbaycanda kartof və soğan ən çox tələbat olan məhsullardandır. Lakin bu məhsullar da yerli tələbatı tam şəkildə ödəyə bilmir. Məsələyə diqqət yetirsək görərik ki, ötən il kartof mart ayının sonunda bahalaşmağa başlamışdısa, bu il bahalaşma daha erkən – mart ayının əvvəlində müşahidə olunub. Bu da onu göstərir ki, ölkədə kartof bazarında tələb və təklif arasında balans tam təmin olunmur. Hava şəraitinin yaxşılaşacağı təqdirdə qiymətlərdə enmə müşahidə olunacaq. Lakin yenə də bu qiymətlər keçənilkindən baha olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 May 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri