Icma.az
close
up
RU
Xəlil Yusiflin 90 illiyi Gəncədə beynəlxalq elmi forum ilə qeyd ediləcək

Xəlil Yusiflin 90 illiyi Gəncədə beynəlxalq elmi forum ilə qeyd ediləcək

Icma.az bildirir, 525.az portalına istinadən.

Əməkdar Elm xadimi, şöhrət ordenli, filologiya elmləri doktoru, professor Xəlil Yusiflinin (1935-2022) xatirəsinə AMEA-nın Gəncə Bölməsində “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” mövzusunda 2025-ci ilin iyun ayında Beynəlxalq konfrans keçiriləcək.

525.az xəbər verir ki, Gəncə Bölməsi tərəfindən artıq konfransın formatı və ora göndərilən elmi məqalələrin qəbulu üçün zəruru tələblər haqda AMEA-nın, Elm və Təhsil Nazirliyinin müvafiq strukturlarında, kütləvi informasiya vasitələrində elan verilib,  həmçinin bu haqda beynəlxalq elmi qurumlar da məlumatlandırılıb.

Bölmənin Rəyasət Heyətinin bir neçə iclası da  bu mötəbər elmi foruma hazırıq prosesinə həsr olunub. Bu toplantılarda AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev  professor Xəlil Yusiflini Azərbaycan filologiya elminin, xüsusən nizamişünaslığımızın inkişafında müstəsna xidmətləri olan şəxsiyyət kimi səciyyələndirib və konfransın onun adına və nizamişünaslıq elminə verdiyi töhfələrə  uyğun olmasının vacibliyinə diqqət çəkib.

Bu xüsusda, Bölmənin bilavasitə bu görkəmli alimin rəhbərliyi ilə formalaşdırılmış  Nizami Gəncəvi Mərkəzinə, eləcə də digər şöbələrə konfransın lazımi səviyyədə keçirilməsi üçün tapşırıqlar veriilib. Belə ki, qarşıdakı hazırlıq dövründə  bir sıra tədbirlər, o cümlədən gökəmli alimin həyat və fəaliyyətinə dair kitabça hazırlanması, sənədli film çəkilməsi tapşırılıb. Həmçinin  konfransa aid materiallarda professor Xəlil Yusiflinin böyük mütəfəkkirimiz Nizami Gəncəvinin irsinin araşdırılmasında, o cümlədən onun yubileyləri ilə bağlı Gəncədə möhtəşəm  işlərin həyata keçirilməsində, muzeyinin yaradılmasında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətində iştirakının dolğun əks olunması kimi  vacib məsələlərə diqqət yetiriləcək.

Konfransın gedişatında professor  Xəlil Yusiflinin doğma yurdunda - Qazağın Aslanbəyli kəndindəki məzarı da ziyarət ediləcək.

Xatırladaq ki, Xəlil Həmid oğlu Yusifli 1935-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində sadə kəndli ailəsində anadan olub. O, 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib, 1961-ci ildən Nizami adına Ədəbiyyat və Dil İnstitutunda laborant kimi əmək fəaliyyətinə başlayıb, 1962-1965-ci illərdə həmin institutun Qədim və orta əsrlər ədəbiyyatı şöbəsinin aspirantı oiub, sonra institutun həmin şöbəsində əmək fəaliyyətini davam etdirib; X. Yusifli 1967-ci ildə “Nizaminin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, elmlər namizədi elmi dərəcəsi alıb, 1969-cu ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutunda baş müəllim kimi fəaliyyətə başlayıb, həmin vaxtdan ömrünün sonunacan hazırda  Gəncə Dövlət Universiteti adlanan bu ali təhsil ocağında Dünya və Azərbaycan ədəbiyyatı tarixindən dərs deyib, 1987-ci ildə “Nizami Gəncəvi və Şərq İntibahı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1989-cu ildə isə professor elmi adı alıb.

Xəlil Yusifli 2008-ci ildə Gəncə Regional Elmi Mərkəzdə (indiki AMEA Gəncə Bölməsi) dahi Nizami Gəncəvinin irsinin öyrənilməsi məqsədi ilə yaradılmış Nizamişünaslıq şöbəsinə, sonra isə Nizami Gəncəvi Mərkəzinə rəhbər təyin edilib.

X.Yusifli elmi fəaliyyətlə 1961-ci ildən məşğul olub. Ö, öz alim ömrünün böyük hissəsini Nizami Gəncəvinin həyat və yaradıcılığının tədqiqinə həsr edib, “Nizaminin lirikası”, “Şərqdə İntibah və Nizami Gəncəvi”, “Nizami Gəncəvi: sələflər, xələflər” və digər sanballı elmi monoqrafiyalar işləyib. Alim həmçinin Nizami Gəncəvi irsi ilə bağlı çoxsaylı elmi məqalələrin müəllifidir.

2004-cü ildə Azərbaycan Respunlikası Prezidentinin sərəncamı ilə latın qrafikalı əlifbaya keçidlə bağlı,  Nizami Gəncəvi əsərlərinin yeddi kitabda çapa hazırlanması məhz X. Yusifliyə həvalə olunub.

Professor X. Yusifli həmçinin ölkəmizdə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının əsas tədqiqatçılarından biridir. O, “Məhsəti Gəncəvi” adlı monoqrafiyanın, “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” və “Dünya ədəbiyyatı tarixi (Antik dövr)” dərsliklərinin müəllifidir. Yusifli klassik ədəbiyyatımızın bir çox nümunələrinin tərcüməsi, tədqiqi və tərtibi sahəsində də xeyli iş görüb. 13-cü əsrdə yaşamış Əvhədi Marağainin “Cəmşidin camı”, 14-cü əsr şairi Arif Ərdəbilinin “Fərhadnamə”, Məhsətinin “Rübailər”, Nizaminin “Sirlər xəzinəsi”, “Xosrov və Şirin” və bir sıra digər nəşrlər bu qəbildəndir. O, həmçinin ilk dəfə olaraq, 15-ci əsr şairi Həqiri Təbrizinin “Leyli və Məcnun” poemasını tərtib edərək, geniş ön sözlə nəşr etdirib. Qazi Bürhanəddinin, Vidadinin, Vaqifin, Seyid Əzim Şirvaninin, Sabirin, Zakirin, Hadinin yaradıcılığına həsr olunan kitabları da alimin elmi fəaliyyətinin genişliyindən xəbər verir. Xəlil Yusiflinin “Avey, hey” və “Hanı, o günlər, hanı?”, adlı şeirlər kitabları da var.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Xəlil Yusifli 2009-cu ildə Azərbaycan elminin  inkişafındakı xidmətlərinə görə  “Əməkdar elm xadimi” adı alıb, 2015-ci ildə isə Nizami Gəncəvi irsinin tədqiqi və tədrisində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ölkə başçısının  2021-ci ili Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan etməsi ilə bağlı sərəncamından irəli gələn müddəalara uyğun olaraq, həmin əlamətdar tarix çərçivəsində səmərəli fəaliyyətinə görə  X. Yusifli Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, həmçinin AMEA Gəncə Bölməsi Rəyasət Heyətinin, eləcə də Gəncə şəhər İcra Hakimiyyətinin  Fəxri fərmanları və Azərbaycan Respublikasının Mədəniyyət nazirinin  qərarı ilə “Nizami Gəncəvi” xatirə döş nişanı ilə təltif edilib.

Zakir Muradov, Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Mart 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri