Icma.az
close
up
RU
Xəlilovların otelində 0,75 litr “Sirab” üçün turistlərdən 11 manat alınıb? Foto

Xəlilovların otelində 0,75 litr “Sirab” üçün turistlərdən 11 manat alınıb? Foto

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Bakıdakı “Hilton Baku” hotelində turistlərə təqdim edilən restoran hesabı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 
Yeniavaz.com
xəbər verir ki, xarici qonaqlar aldıqları yeməklər üçün ümumilikdə 1290 manat ödəyiblər. 
Paylaşılan ödəniş qəbzindən məlum olur ki, bir porsiya qarışıq kabab üçün 85 manat, bir nəfərlik sezar salatı üçün 34 manat, kartof qızartması üçün 12 manat, bir burger üçün 42 manat, 0,75 litr qazlı və qazsız “Sirab” suyu üçün isə 11 manat ödənilib.
Yeməklərin ümumi dəyəri 1229 manat təşkil edib.
Bunun üzərinə əlavə edilən 5 faiz servis haqqı ilə birlikdə yekun məbləğ 1290 manata çatıb.
Görüntülər sosial şəbəkə istifadəçiləri arasında narazılıqla qarşılanıb və restoran qiymət siyasəti ilə bağlı müzakirələrə səbəb olub.

Məlumat üçün bildirək ki, hazırda otaq sayına görə Azərbaycanın ən böyük otellərindən biri “Hilton Baku”dır.
25 mərtəbəli oteldə 309 otaq var. 2011-ci ildə “Hilton Baku”nın rəsmi açılışı olub.
“Hilton Baku” məşhur azərbaycanlı iş adamı İsgəndər Xəlilova bağlı olan “İSR” Şirkətlər Qrupu və “Hilton Worldwide” şirkətləri arasında 2007-ci ildə imzalanan müqavilə əsasında inşa olunub.
Qeyd edək ki, məşhur iş adamı 1955-ci ildə Bakıda anadan olub. 1988-ci ildən 1991-ci ilə qədər "LUKoyl" şirkəti prezidentinin məsləhətçisi olub. 1991-ci ildə "LUKoyl - Azərbaycan" Neft Şirkətinin direktorlar şurasının sədri seçilib. 1996-cı ildən 2000-ci ilə qədər "LUKoyl - Türkiyə" nümayəndəliyi İdarə Heyətinin rəhbəri olub.
Hazırda İsgəndər Xəlilovun oğlu Rauf Xəlilovun rəhbərlik etdiyi “İSR Holdinq”in rəsmi saytında qeyd olunur ki, şirkət 1995-ci ildə təsis edilib və fəaliyyət sahəsinə otelçilik, daşınmaz əmlak, logistika, texnologiya, pərakəndə satış, avtomobil istehsalı və s. kimi sahələr daxildir.
Holdinq öz müəssisələri ilə yanaşı, “Park Inn by Radisson”, “Hilton”, “Toyota”, “Lexus”, “Zara”, “Bershka” və s. kimi bir sıra məşhur beynəlxalq brendlərin də təmsilçisidir.
Qeyd etdiyimiz kimi ölkənin ən böyük otellərindən biri olan (248 otaq) “Park Inn” oteli də İsgəndər Xəlilova məxsusdur.
Onu da bildirək ki, bu yaxınlarda “Mash” teleqram kanalı Rusiyanın ən böyük neft məhsulları daşıyıcılarından biri olan və İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsus “Railgo” şirkətində Rusiya təhlükəsizlik qüvvələrinin axtarışlar apardığını yazıb. Daha sonra Railgo” şirkəti bu məlumatı təkzib edib və şirkətlə bağlı hər hansı əməliyyat-istintaq tədbirləri həyata keçirilmədiyini açıqlayıb.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 30 İyul 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri