Icma.az
close
up
RU
Xərçəngə qarşı 7 qızıl qayda

Xərçəngə qarşı 7 qızıl qayda

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünyada hər il 14 milyon insan xərçəng diaqnozu alır. Azərbaycanda da bu xəstəlik hər il minlərlə insanın həyatını dəyişir. Artan statistika xərçəngin nə qədər ciddi bir təhlükə olduğunu göstərir.

Pravda.az bildirir ki, əgər xərçəngə səbəb olan risk faktorları nəzarət altına alınarsa, bu xəstəlik də önlənə bilər. Bunun üçünsə atılacaq ilk addım — sağlam və balanslı qidalanmadır.

Çəkinizə nəzarət edin

Artıq çəki və piylənmə bəzi xərçəng növləri üçün ciddi risk amilidir. Araşdırmalar göstərir ki, artıq çəkili insanlarda xüsusilə yemək borusu, tiroid, yoğun bağırsaq, mədəaltı vəzi və böyrək xərçənglərinə tutulma riski artır. Enerji qəbulunuz yandırdığınız enerjidən çoxdursa, kilo almağınız qaçınılmazdır. Bunu önləmək üçün porsiyaları kiçildin, un, yağ və şəkər baxımından zəngin qidalardan uzaq durun. Gündəlik olaraq 3 əsas və 3 ara yeməkdən ibarət qidalanma planı yaradın.

Hərəkətli həyat tərzi vacibdir

Həftədə ən az 60 dəqiqə yeriməyi vərdiş halına gətirin. Fiziki aktivlik yalnız çəkiyə nəzarət üçün deyil, eyni zamanda döş, yoğun bağırsaq, prostat və uşaqlıq xərçəngi kimi növlərin riskini azaltmaqda da faydalıdır. Kompüter və televizor qarşısında keçirdiyiniz vaxtı minimuma endirin. Hərəkətlilik bağırsaq sistemini yaxşılaşdırır və immuniteti gücləndirir.

Süfrənizdə tərəvəz və meyvəyə üstünlük verin

Vitamin və minerallarla zəngin olan meyvə və tərəvəzlər, ağız boşluğu, mədə, yemək borusu və prostat  xərçənginə qarşı qoruyucu təsirə malikdir. Bu qidalar A, C və E vitaminləri, selenyum və fitokimyəvi maddələrlə (likopen, lutein, beta karoten və s.) zəngindir. Bu maddələr hüceyrələri zədələyə biləcək sərbəst radikallara qarşı qoruma təmin edir.

Daha çox lifli qida qəbul edin

Araşdırmalar lifli qidaların, xüsusilə də yoğun bağırsaq xərçəngindən qoruma gücünü göstərir. Tam taxıllı çörəklər, tərəvəzlər, meyvələr və paxlalılar lif baxımından zəngindir və bağırsaq fəaliyyətini tənzimləyir.

Doymuş yağlara diqqət yetirin

Döş vəzi, prostat və yoğun bağırsaq xərçəngi ilə yüksək yağlı qidaların əlaqəsi olduğu düşünülür. Xüsusilə trans və doymuş yağlarla zəngin “fast food” və paketlənmiş məhsullardan uzaq durmaq tövsiyə olunur. Həddindən artıq yağlı qidalar kilo artımı və piylənməyə səbəb olur. Həftədə maksimum iki dəfə qırmızı ət yeyin, işlənmiş ətlərdən uzaq durun.

Yeməkləri düzgün bişirin

Qidaların necə bişirildiyi də ən az nəyin yeyildiyi qədər əhəmiyyətlidir. Qızartma və birbaşa alovda bişirmə xərçəngə səbəb olan kanserogen maddələrin yaranmasına yol aça bilər. Bu səbəbdən buğda, sobada, qaynatyma və ya ızgarada bişirməyə üstünlük verin.

Duz istehlakını azaldın

Çox duzlu qidalar təkcə təzyiqi deyil, həm də mədə xərçəngi riskini artırır. Mütəxəssislər ilk olaraq yeməklərə əlavə duz vərdişindən imtina etməyi, zamanla isə duz qəbulunu ümumiyyətlə azaltmağı tövsiyə edir.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Aprel 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see148

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see142

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see127

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see123

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see122

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see115

Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası

11 İyun 2025 12:20see115

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see114

Cənnət alması sirkəsinin bilmədiyimiz faydaları

11 İyun 2025 12:18see114

Orta Dəhliz regional əməkdaşlığa geniş meydan açır

11 İyun 2025 09:51see113

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see112

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see112

İranın cənubunda metanol anbarında baş verən yanğında 3 nəfər ölüb

11 İyun 2025 14:04see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri