Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Yüksək qan təzyiqi yaddaşı pozur

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Xərçəngə qarşı fərdi peyvəndlər Azərbaycana da gətirilə bilər? AÇIQLAMA

Xərçəngə qarşı fərdi peyvəndlər Azərbaycana da gətirilə bilər? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Rusiyada xərçəngə qarşı fərdiləşdirilmiş peyvəndin icbari tibbi sığorta sisteminə daxil edilməsi səhiyyə sahəsində mühüm yenilik kimi qiymətləndirilir. Bu təşəbbüs Mikhail Mishustin tərəfindən irəli sürülərək, xəstələr üçün müasir müalicə üsullarına daha geniş çıxışın təmin olunmasını hədəfləyir. RNT əsaslı bu yanaşma hər bir pasiyent üçün fərdi hazırlanması ilə diqqət çəkir və onkoloji müalicədə yeni mərhələ hesab olunur.
Bənzər innovativ xərçəng müalicə üsullarının Azərbaycanda tətbiqi nə dərəcədə realdır və belə texnologiyaların yerli səhiyyə sisteminə inteqrasiyası üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, ümumilikdə tibbin inkişafı günbəgün artmaqdadır və bu, həm dünyada, həm də Azərbaycanda aydın şəkildə müşahidə olunur:
“Azərbaycanda səhiyyə sisteminin hər mənada inkişaf etdiyini görmək mümkündür. Bu inkişaf həm texnoloji baxımdan, həm də tibb personalının peşəkar səviyyəsinin yüksəlməsi istiqamətində özünü göstərir. Müxtəlif təkmilləşmə kurslarının təşkili, yerli və xarici mütəxəssislərin dəvət olunması, həkimlər üçün tətbiq edilən bal sistemi, konfranslar və digər inkişaf yönümlü addımlar diqqətdən kənarda qalmır. Bütün bunlar Azərbaycanın Avropa, MDB və ümumilikdə dünya səhiyyəsindən geri qalmamasına xidmət edir. Xərçəng xəstəlikləri, yəni onkoloji problemlər, hələ də qlobal miqyasda tam həllini tapmamış məsələlərdən biridir. Lakin buna baxmayaraq, tibbdə atılan addımlar, hüceyrə səviyyəsində tapılan yeni müalicə üsulları və xüsusilə erkən diaqnozun qoyulması bir çox hallarda müsbət nəticələrin əldə olunmasına imkan yaradır. Azərbaycanda da onkologiya sahəsində həm texnoloji imkanlar, həm də dərman təminatı baxımından müəyyən irəliləyişlər mövcuddur və bu sahədə dövlət tərəfindən qismən də olsa dəstək göstərilir. Sığorta çərçivəsində həyata keçirilən müalicələr də bu inkişafın göstəricilərindən biridir”.
O qeyd edib ki, gələcəkdə atılmalı addımlar isə daha çox yeni və təsdiqlənmiş texnologiyaların tətbiqi ilə bağlıdır:
“Hər hansı yeni avadanlıq və ya müalicə üsulu geniş təcrübədən keçməli və effektivliyi sübut olunmalıdır. Yalnız bundan sonra həmin texnologiyaların Azərbaycana gətirilməsi məqsədəuyğun hesab edilir. Bununla yanaşı, onkoloqların və ümumilikdə tibb mütəxəssislərinin davamlı şəkildə təkmilləşməsi də vacib şərtlərdəndir. Xaricdə istifadə olunan müasir tibbi avadanlıqların və preparatların ölkəyə gətirilməsi, lakin yalnız sınaqdan keçmiş və təsdiqlənmiş formada tətbiqi əsas prioritet olmalıdır. Azərbaycan səhiyyəsi heç vaxt təcrübələrin birbaşa əhali üzərində aparılmasına yol vermir və bu baxımdan təhlükəsizlik prinsipləri əsas götürülür. Səhiyyənin inkişafı təkcə dövlətin və ya Səhiyyə Nazirliyinin üzərinə düşən məsuliyyət deyil. Bu prosesdə həkimlərin şəxsi təşəbbüsü, peşəkarlığı və davamlı inkişafı da mühüm rol oynayır. Bütün bu amillər bir araya gəldikdə, Azərbaycan səhiyyəsinin dünya ilə ayaqlaşması və daha da inkişaf etməsi mümkün olacaq”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see402

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see352

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see265

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see262

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see257

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see250

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see245

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see228

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see224

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see221

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see207

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see198

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see197

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see197

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see192

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see188

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see183

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri