Icma.az
close
up
RU
Xərçəngin işıq sürətində müalicəsi! Süni intellekt müdaxilə etdi

Xərçəngin işıq sürətində müalicəsi! Süni intellekt müdaxilə etdi

Pravda.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Süni intellekt artıq radioterapiya sahəsində də mühüm rol oynayır. Yeni texnologiyalar sayəsində şüalar yalnız xəstə toxumaları hədəfə alır, sağlam hüceyrələr isə qorunur. Bu dəqiqlik erkən mərhələdə xərçəngin tam sağalmasına, inkişaf etmiş hallarda isə xəstəliyin nəzarətdə saxlanmasına imkan verir.

Elm insanları radiasiya terapiyası sahəsində “Flash Radioterapiya” adlı yeni texnologiya ilə saniyənin bir hissəsində yüksək dozada şüa verərək xərçəng hüceyrələrini məhv etməyi bacarıblar. Bu üsulun ən böyük üstünlüyü isə sağlam toxumalara zərər verməməsidir.

Tibbdə sıçrayış: “Flash Radioterapiya”

Türkiyə Radiasiya Onkologiya Dərnəyinin sədri Prof. Dr. Banu Atalar bu texnologiyanın ənənəvi radioterapiya ilə müqayisədə böyük üstünlüklər təqdim etdiyini vurğulayıb. “Ənənəvi üsullarda şüalanma uzun müddət davam edir, bu isə sağlam toxumalara zərər verə bilər. FLASH Radioterapiyada isə şüa çox qısa müddətdə və yüksək dozada tətbiq olunur, bu da yan təsirləri azaldır”, – deyə o bildirib.

Süni intellekt planlaşdırmanı sürətləndirir

Türk Radiasiya Onkologiya Dərnəyinin 16-cı Konqresində Prof. Dr. Mehmet Özcan və Prof. Dr. Atalar bildiriblər ki, süni intellekt texnologiyası radioterapiyanın dəqiqliyini və sürətini artırır. Süni intellekt sayəsində şiş və sağlam toxumalar aydın şəkildə ayırd edilir, fərdi müalicə planları dəqiq hazırlanır, planlar saniyələr içində dəyişdirilə bilir. Bu, “adaptiv müalicə” adlanır və səhv ehtimalını minimuma endirir, eyni zamanda tibb işçilərinin iş yükünü azaldır.

Xərçəngə qarşı erkən müdaxilə, effektiv nəticə

Prof. Dr. Atalar qeyd edir ki, xərçəng xəstələrinin 60-70%-i müalicə müddətində müəyyən mərhələdə radioterapiyaya ehtiyac duyur:

“Şüa terapiyası erkən mərhələlərdə tam sağalma, irəliləmiş hallarda isə həyat keyfiyyətinin artırılması baxımından əhəmiyyətlidir. IMRT, proton terapiyası və FLASH texnologiyası ilə xərçəng hüceyrələrinə millimetr dəqiqliyində müdaxilə mümkündür”.

Türkiyədə texnoloji sıçrayış: Növbədə proton terapiyasıdır

Prof. Dr. Atalar bildirib ki, Türkiyədə bir çox radioterapiya mərkəzləri artıq süni intellekt dəstəyi, qabaqcıl görüntüləmə sistemləri və avtomatik planlaşdırma proqramları ilə dünya standartlarına uyğun fəaliyyət göstərir. Yeganə çatışmayan texnologiya isə proton terapiyasıdır. Bu texnologiya xüsusilə uşaqlarda, radiasiyaya davamlı və beyin şişlərində, eləcə də daha əvvəl radioterapiya almış xəstələrdə mühüm üstünlüklər təqdim edir. Hazırda bəzi mərkəzlərdə proton terapiya bölmələrinin yaradılması istiqamətində ciddi addımlar atılır.//E-saglam.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 Aprel 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Depressiya və narahatlıq yaradır Gec yatanların nəzərinə!

06 İyun 2025 18:50see185

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see153

Həcc ziyarətinə 2 milyondan çox müsəlman gedib

06 İyun 2025 12:32see124

Azadlıq yox, ideoloji silah: Aİ “Azadlıq Radiosu”nu informasiya silahına çevirir

06 İyun 2025 11:09see120

Azərbaycan dilində şeir oxuyan Pezeşkian Ermənistanda nə deyəcək? KONKRET

06 İyun 2025 15:05see119

Mbappe Fransa millisində tarix yazdı Anrini də keçdi

06 İyun 2025 16:16see119

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see119

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

06 İyun 2025 22:03see118

Ukrayna ordusu Rusiya qırıcılarının yerləşdiyi iki aerodromu vurdu

06 İyun 2025 12:23see117

Bu heyvan kənd təsərrüfatını MƏHV EDİR

06 İyun 2025 17:47see117

Tovuzda ailə davası: 1 nəfər baltalandı… KONKRET

06 İyun 2025 16:14see116

Dəmir yolunda partlayış lokomotiv relsdən çıxdı

06 İyun 2025 11:37see116

Handeylə Barışın qırmızı xalı tərzi

06 İyun 2025 16:28see116

Cəhənnəm istisi bu ölkəni məhv edəcək: XƏBƏRDARLIQ

06 İyun 2025 20:16see114

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see114

Dünya çempionu olan Əminə Əliyevanın məşqçiləri DANIŞDILAR

06 İyun 2025 21:24see114

Putin Rusiyadakı müsəlmanlara jest etdi

06 İyun 2025 11:10see114

Niyə ucuz telefon adapterlərindən istifadə etmək olmaz? SƏBƏB

06 İyun 2025 19:58see113

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see112

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri