Icma.az
close
up
RU
Süni intellekt xərçəngin müalicəsində inqilab edəcək Dərya Unutmaz

Süni intellekt xərçəngin müalicəsində inqilab edəcək Dərya Unutmaz

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Nyu-York Universitetinin professoru, immunologiya sahəsində dünya miqyasında tanınan alim və "ChatGPT Pro" qrantına layiq görülmüş Dərya Unutmaz Metbuat.az-a müsahibə verib.

Müsahibənin birinci hissəsi maraqla qarşılanıb. Müsahibənin ikinci hissəsində professor elmi təcrübələri, səhiyyə sahəsində texnoloji irəliləyişlər və gələcək perspektivlər barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

Doktor, uzun illərdir bu sahədə çalışırsınız. Necə düşünürsünüz, süni intellektin imkanlarını tibb sahəsinə daxil etmək olarmı?

Bəli, uzun illərdir bu sahə ilə maraqlanıram. Hətta Türkiyədə bir startap yaratmışıq. Beş-altı il əvvəl səhiyyə sahəsində süni intellektin istifadəsi və robot texnologiyaları üzərində işləmişik. O zamanlar vaxtından qabaq addımlar atdığımıza inanırıq. Hətta özümə demişəm ki, beş-on il sonra bu texnologiyalar reallaşacaq. Gerçəkdən də belə oldu. Bu sahəyə uşaq yaşlarından maraqlandığım üçün sınayan ilk şəxslərdən biri oldum. Texnologiyaları test etməklə təşkilatların diqqətini çəkdim və bu sahənin potensialını göstərdim. Bu yolda mənim üçün qürurverici nəticələr oldu.

Səhiyyə sahəsində süni intellekt diaqnostik prosesləri sürətləndirə, xəstəliklərin erkən mərhələdə aşkarlanmasını təmin edə və fərdi müalicə planları hazırlamaq üçün böyük məlumatları analiz edə bilər. Məsələn, xərçəngin genetik analizlər əsasında daha dəqiq diaqnozu mümkün olacaq. Gələcəkdə robot cərrahiyyəsi və uzaqdan tibbi konsultasiya kimi texnologiyalar da geniş yayılacaq. Bu yeniliklər, həmçinin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq.

Professor, texnologiyanın inkişaf etdiyi bir dövrdə xərçəngin tamamilə müalicəsi üzrə dəqiq metodlar mümkün ola bilərmi?

Əksər hallarda xərçəngin "tək bir xəstəlik" olduğu düşünülür, amma bu yanlışdır. Xərçəng əslində 100-dən çox xəstəlik tipini ehtiva edir. Məsələn, ağciyər xərçəngi, mədə xərçəngi, dəri xərçəngi kimi fərqli xəstəlik tipləri var. Hətta ağciyər xərçənginin 10-dan çox alt tipi mövcuddur. Bu xəstəliklər çox fərqli genetik, ekoloji və ya davranış səbəblərindən qaynaqlanır. Məsələn, siqaret çəkənlərdə xərçəng toksinlər vasitəsilə hüceyrə mutasiyalarına səbəb olur.
Müalicə üsulları arasında "immunoterapiya" ön plana çıxıb. Son 10-15 il ərzində xərçəngin müalicəsində çox irəliləyiş olub. Süni intellektin yardımı ilə xərçəngin müalicəsi sahəsində daha da irəliləyişə nail olacağımıza ümid edirəm.

Azərbaycanda səhiyyə sisteminin süni intellektlə adaptasiyası mümkün olacaqmı?

Azərbaycanın səhiyyə sistemi son illərdə çox irəliləyib, amma daha çox imkan var. Süni intellekt vasitəsilə tədqiqatların daha dəqiq olmasını, təcili yardım xidmətinin uzaqdan idarə olunan robot texnologiyalarının istifadəsini görə bilərik. Əgər Türkiyə və Azərbaycan birlikdə bu texnologiyaları həyata keçirə bilsələr, bu, səhiyyənin daha geniş imkanlara sahib olmasına şərait yaradacaq.

Ümumiyyətlə, Azərbaycanda genetik tədqiqatlar sahəsində bəzi inkişaflar müşahidə olunur. Lakin bu sahədə daha çox investisiya və beynəlxalq əməkdaşlıq lazımdır. Genetik tədqiqatların genişləndirilməsi xroniki xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində böyük irəliləyişlərə səbəb ola bilər. Bu, həmçinin, ölkənin elmi potensialını gücləndirəcək.

Sizin yaşlanma ilə bağlı fərqli mülahizələriniz var. Necə düşünürsünüz, gələcəkdə yaşlanmanı tamamilə dayandırmaq mümkün olacaqmı?

Yaşlanma qaçınılmaz bioloji prosesdir, amma bu prosesi dayandırmaq və ya geri döndərmək mümkün ola bilər. Hətta beş-on il sonra yaşlanmanı çevirmək üçün əsas texnologiyaları görə biləcəyik. Bu müddətdə süni intellektin rolu danılmaz olacaq. Məsələn, dəri hüceyrələri qocalıb işini itirir, amma süni intellekt və yeni molekulyar texnologiyalarla bu hüceyrələri təzələmək mümkün ola bilər.

Bəs, insan ömrünü uzatmaq və ölümsüzlüyü təmin etmək mümkün ola bilərmi?

İnsan ömrünün uzadılması sahəsində əhəmiyyətli irəliləyişlər var, lakin ölümsüzlük yalnız elmi fantastikanın mövzusudur. Süni intellekt və biotexnologiyalar insan orqanlarının funksiyalarını bərpa etmək və yaşlanma prosesini yavaşlatmaq sahəsində böyük potensiala malikdir. Gələcəkdə bu sahədəki araşdırmalar həyat keyfiyyətini və uzunluğunu artırmağa kömək edə bilər.

Uzun illərdir kosmosda müxtəlif genetik tədqiqatlar aparılır. Bir gün bu tədqiqatlar yer üzündə faydalı ola bilərmi?

Kosmos tədqiqatları, şübhəsiz ki, yer üzündə biotexnologiyaların əhəmiyyətini artıra bilər. Kosmosda radiasiyanın hökm sürdüyü şəraitdə yeni bioloji adaptasiyaları öyrənə bilərik. Məsələn, proteinlərin molekulyar baxımdan fərqli davranışları var. Bu təcrübələr səhiyyədə yeni tədqiqatlar üçün baza ola bilər. Bundan əlavə, gələcəkdə kosmosda qurulacaq texnoloji laboratoriyalar dünya üçün daha iqtisadi və effektiv biotexnologiyaların inkişafına səbəb olacaq. Radiasiyaya qarşı davamlı bioloji sistemlər öyrənilərək insan orqanizminə tətbiq edilə bilər.

Bu yaxınlarda "ChatGPT" sizi mükafatlandırdı. Bu barədə hisslərinizi necə ifadə edə bilərsiniz?

"ChatGPT" kimi süni intellekt sistemlərinin sahələr üzrə potensialı təsir edicidir. Mən özüm də bir modelin ilkin versiyasını test edənlərdən olmuşam. Bu texnologiyalar innovasiyaları dəstəkləyir və hətta fərdi istifadəçilərə mütərəqqi məqsədlər üçün böyük imkanlar təqdim edir. Mükafat verilməsi isə yalnız fərdi bir şərəf deyil, həm də texnologiyanın inkişafına və onun reallaşma potensialına olan etimadı simvolizə edir. Bu, süni intellektin qlobal miqyasda tanınması və onun faydalarının daha geniş sahələrə tətbiq olunması üçün önəmli bir addımdır.

Dərya bəy, 2025-ci ildə süni intellekt sahəsində hansı yeniliklər gözlənilir?

Qeyd edim ki, 2025-ci ildə süni intellekt sahəsində böyük irəliləyişlər gözlənilir. Xüsusilə tibbi diaqnostika, genetik tədqiqatlar və təhsil sahələrində yeni tətbiqlər reallaşacaq. Düşünürəm ki, süni intellektin daha da inkişaf etməsi cəmiyyətin müxtəlif sahələrində effektivliyi və innovasiyanı artıracaq.

Sizinlə söhbət etmək çox xoş oldu. Dəvətimizi qəbul edib müsahibə verdiyiniz üçün təşəkkür edirik.

Mən də təşəkkür edirəm, ümid edirəm, oxucularınız üçün maraqlı bir müsahibə olacaq.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Yanvar 2025 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri