Xərçənglə mübarizədə ananas gücü
Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ananas meyvəsinin sap və yetişməmiş hissəsindən əldə edilən bromelain maddəsi xərçənglə mübarizədə təbii dəstək kimi önə çıxır. Aparılan araşdırmalar bromelainin, xərçəng hüceyrələrinin böyüməsini ləngidərək və onların məhvinə səbəb olaraq, xüsusilə döş, bağırsaq, mədə və pankreas xərçənginə qarşı təsirli ola biləcəyini göstərir.
Pravda.az bildirir ki, eyni zamanda bromelain həzm sisteminə müsbət təsir göstərir, orqanizmdəki artıq ödəmi azaldır, dəridəki bəzi xəstəliklərə qarşı faydalıdır və immuniteti gücləndirir. Astma, sinüzit və osteoartrit kimi xəstəliklərin simptomlarını yüngülləşdirə bilər.
Bromelain COVID-19-a qarşı da qoruyucu təsir göstərə bilər və cərrahi əməliyyatlardan sonra sağalma prosesini sürətləndirir. Lakin mədə narahatlığı, ishal və allergiya kimi yan təsirləri ola bilər. Böyrək xəstələri, hamilə və əmizdirən qadınlar, qan durulaşdırıcı və ya müəyyən dərmanları qəbul edən şəxslər bromelaini həkim məsləhəti ilə istifadə etməlidirlər.
Əminə Bayramova

