Zəfərin səsi Qürur günümüz ŞƏRH
Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.
8 Noyabr – Zəfər Günü. Bu tarix bütün dünyanın gözü qarşısında 30 illik işğala və haqsızlığa son qoyulduğu, milli oyanışın və mənəvi dirçəlişin təcəssümüdür. 8 Noyabrda Azərbaycan xalqı, Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu ətrafında birləşərək, əzəli Azərbaycan torpaqlarını işğaldan azad etdi, təkcə 30 illik işğala deyil, son 300 ildə ilk dəfə 44 günlük müharibə ilə itirilmiş torpaqları geri qaytardı.
Bu gün hər bir azərbaycanlı üçün həm qürur, həm də şəhidlərimizin ruhu qarşısında minnətdarlıq günüdür ! Bu qələbənin qazanılmasında şəhadət şərbətini içən oğullar heç vaxt unudulmayacaqdır. Minlərlə bizim kimi şəhid ailələri illərlə ancaq bu günü - dövləti və ordusu tərəfindən şəhidlərin qanlarının alınacağı günü gözlədi. Zəfərimizin bünövrəsində şəhidlərimizin qanı dayanır. Bu gün təkcə 44 günlük Vətən müharibəsi şəhidlərinin deyil, 1990- cı ildən bəri şəhid olan bütün oğul və qızların ruhunun şad olduğu gündür ! Vətən müharibəsi göstərdi ki, xalq, ordu dövlət birliyi Azərbaycanın ən böyük gücüdür !
8 Noyabr - eyni zamanda dünyanın ən böyük azərbaycanlısı olan Ümümmilli liderimiz Heydər Əliyevin ruhunun şad olduğu gündür. Heydər Əliyev Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür, ancaq onun bu xalq üçün etdiyi ən böyük yaxşılıq dövlətimizi İlham Əliyev kimi geniş təfəkkürə, qətiyyətə, hərtərəfli dünyagörüşünə, xalqının mənafeyini qorumağı bacaran bir liderə etibar etməsidir. İlham Əliyev isə öz ərazi cəhətdən kiçik olan dövlətini gücü və intellekti ilə böyük dövlətlər sırasına yüksəltdi. Azərbaycanın “məğlub dövlət” ,“ məğlub xalq” düşüncəsindən qutararaq Qalib xalqa – Qalib dövlətə çevirdi. 44 günlük müharibədəki qələbəmiz bu həqiqətləri bir daha sübut etdi ki, bəli, Heydər Əliyev siyasətini layiqincə davam etdirən İlham Əliyev əsl liderdir.
Bu qələbə Ali Baş Komandanımız İlham Əliyevin qələbəsidir ! Güclü Azərbaycan ordusu İlham Əliyevin şah əsəridir. Çünki orduya rəhbərlik edən özünə əmin, xalqını qorumağı bacaran, sözü ilə əməli bir olan , hər bir işin yerini və vaxtını bilən Ali Baş Komandan İlham Əliyevdir. Ona görə də Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan ordusu XXI əsrin ədalətli və şanlı müharibəsini apararaq , təkcə Ermənistanı deyil, bütün dünyaya haqqın , ədalətin təntənəsini nümayiş etdirdi . 10 noyabr tarixində Ermənistan Kapitulyasiya aktını imzalamağa məcbur edildi. Bu tarixi zəfər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və uzun illər işğal altında qalmış torpaqlarını azad etdi !
Düzdür , müharibə başa çatanda hələ Kəlbəcər,Laçın və Ağdamın böyük hissəsi işğal altında idi. Lakin Azərbaycan Ermənistanı Kapitulyasiya aktı imzalamağa məcbur etdi , həmin sənəd əsasında bu bölgələrdə bir güllə atılmadan, əlavə itkilər olmadan geri qaytarıldı. Bu da Ali Baş Komandanımızın yüksək intellektinin və gücünün hesabına baş verdi. Çünki bir kəlbəcərli kimi mən və o relyef haqqında məlumatı olan hər kəs bilirdi ki, dağlıq şəraitində müharibə davam etsəydi, itkilərimiz daha çox olacaqdır. İyulun 16- da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının və birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər rayonuna səfəri Azərbaycan bayrağını Kəlbəcərdə dalğalandırmağı heç də təsadüfi deyildir. Bu Azərbaycan zabitinə, əsgərinə və böyüyən gənc nəslə cəsurluq və qorxmazlıq dərsi idi ! Ermənistanın Basarkeçər rayonu ərazisindən hər an atəşə tutulacağı gözlənilən bir yerə xanımı ilə səyahət etmək özü cəsarətin, qorxmazlığın və igidliyin simvolu idi. Prezident kimi ölkəsini inkişaf etmiş dövlətlər sırasına çıxaran, övlad kimi ata vəsiyyətini yerinə yetirən İlham Əliyev ailə başcısı kimi də gənclərə bir örnəkdir. Eyni zamanda, hər bir hərəkəti ilə, Azərbaycan qadının bütün müsbət keyfiyyətlərini özündə birləşdirən Mehriban xanım Əliyeva da bu səfərlə Azərbaycan gəncliyinə bir mesaj verdi. Dədə- baba torpaqlarını azad etmişik və bu torpaqlara dönməliyik və əbədi sahibi biz olmalıyıq. Bu da 8 Noyabr qələbəsinin dəyərini bilmək üçün gənclərə bir ismarıc idi.
Bu səfərdən sonra biz də Kəlbəcərdə uğrunda qurban getdiyi vətən torpağında uyuyan qardaşım Milli Qəhrəman Şahlar Şükürovun məzarını ziyarət etdik. 28 ildən sonra yenidən öz torpağıma qədəm basdıqda illərlə həsrət qaldığım qardaş məzarını ziyarət edərkən hansı minnətdarlıq hisslərini yaşadığımızı sözlə ifadə etmək çox çətindir... Mən həmişə demişəm: ”8 Noyabr Zəfərini bütün Azərbaycan xalqı böyük qürur və sevinclə qeyd edir. Amma bu qürurun necə böyük olduğunu nə biz köçkünlər, nə də şəhid ailələri qədər heç kim dərk edə bilməz...”
8 Noyabr təkcə hərbi Qələbə günü deyil, həm də mədəniyyətin dirçəliş günüdür. Şuşa Azərbaycan mədəniyyətinin, musiqisinin poeziyasının beşiyidir. Ali Baş Komandanımız İlham Əliyevin Ümümmilli liderimiz Heydər Əliyevin məzarı qarşısında “Tapşırıq yerinə yetirildi. Şuşa – azaddır !”- sözləri Azərbaycan tarixinin ən uca zirvəsində səsləndi.
8 Noyabr – Zəfər günü həm də qayıdışın başlanğıcıdır. Qarabağ azad olundu. Zəfərin davamı kimi sülhün, bərpanın və inkişaf üçün Azərbaycanın qarşısında yeni bir mərhələ başladı. İşğaldan azad olunmuş bölgələrdə “Böyük Qayıdış” proqramı çərçivəsində müasir şəhərlər, kəndlər, məktəblər və mədəniyyət ocaqları tikilir. Qələbə meydanında qazanılan uğuru həyatın bütün sahələrində qorumaq və möhkəmləndirmək zamanı başladı. Bu quruculuq işləri də, eyni zamanda iki dövlətin siyasətinin göstəricisidir. Biri işğal etdiyi kəndləri, şəhərləri, hətta məscidləri məhv edib darmadağın edən erməni vandalizimi və erməni dövləti , digəri isə Azərbaycan dövləti və daim qurub yaratmaq eşqi ilə yaşayan Azərbaycan xalqıdır ki, azad etdiyi torpaqlarda quruculuq işlərinə başladı. Bununla da məcburi köçkünlərin öz yurdlarına dönməsinə imkan yarandı. Bu gün həmin bölgələrə artıq həyat qaynayır. İnsanlar öz yerlərində yenidən çox xoşbəxt yaşayırlar.
İlham Əliyev hər Xankəndində keçirdiyi bütün tədbirlərdə “ Xanın” öz kəndinə qayıtdığını bütün dünyaya sübut edir. Bu gün Xankəndində Qarabağ Universiteti fəaliyyət göstərir. Bu Azərbaycan gəncinin öz torpaqlarına 8 Noyabr Zəfər günündən sonra sahiblənməsinin ən gözəl nümunəsidir.
Bütün bunlar 8 Noyabr Qələbə günümüzün və Azərbaycan Prezidentinin apardığı böyük siyasətin nəticəsidir.
Avqustun 8 - də dünyanın döyünən ürəyi olan Ağ Evdə İlham Əliyev daimi sülhə doğru birgə bəyannaməni imzalamaqla Qafqaz tarixinə yeni bir səhifə açdı. Bu da 8 Noyabr – Zəfər gününü sülhə aparan təntənənin axırıncı akkordlarıdır !
8 Noyabr Qürur günümüz hörmətli prezdentimiz İlham Əliyev cənablarını da çox qürurlandırır.Bu baradə hörmətli prezdentimizin yerli telekanallara müsahibəsində dediyi kimi: “ Bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhval- ruhiyyə, xoş ovqat, cəmiyyətin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni bu xüsusi bir hissdir”.
“Qarabağ problemini ağır bir yük kimi gələcək nəsillərə qoymayan, “Qarabağ münaqişəsi” sözünü birdəfəlik tarixdən silən məhz Ali Baş Komandanımız, hörmətli Prezdentimiz İlham Heydər oğludur. 8 Noyabr gələcək nəsillər üçün Vətən sevgisinin, qəhrəmanlığın və milli birliyin məktəbidir. Gənclər bu gün azad torpaqlarda böyüyür. Şuşanı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Laçını, Kəlbəcəri azad yurd kimi tanıyırlar. Onlar üçün Qarabağ artıq xəritədə həsrət timsalı deyil, qürurla qazanılmış Vətən torpağıdır!
Dövlətçilik tariximizin ən qürurlu, ən şərəfli günlərini yaşadan - 8 Noyabr bu Zəfərin səsi, hələ daha böyük uğurlara, daha böyük gələcəyə bizi aparacaqdır !
Tahirə Şükürova
Nərimanov rayonu Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta ümumitəhsil
məktəbinin direktoru,Qabaqcıl təhsil işçisi,YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 04 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















