Xərəyi gözləməyib qucağında meydandan çıxardı VİDEO
Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.
Misli Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilən “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərin marağına səbəb olan qeyri-adi hadisə yaşanıb.
"Cebheinfo.az" xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnərək yerə yıxılıb.
Belə ki, meydana daxil olan Gəncə təmsilçisinin həkimi xərəyin gəlməsini gözləməyərək, futbolçunu qucağına alıb və bu şəkildə meydandan kənara çıxarıb. Həkimin bu addımı həm stadiondakı azarkeşlər, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 05 Aprel 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















