Xərəyi gözləməyib qucağında meydandan çıxardı VİDEO
Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Misli Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün keçirilən “Kəpəz” – “Qəbələ” matçında azarkeşlərin marağına səbəb olan qeyri-adi hadisə yaşanıb.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində “Kəpəz”in yarımmüdafiəçisi Rəhman Hacıyev zədələnərək yerə yıxılıb.
Belə ki, meydana daxil olan Gəncə təmsilçisinin həkimi xərəyin gəlməsini gözləməyərək, futbolçunu qucağına alıb və bu şəkildə meydandan kənara çıxarıb. Həkimin bu addımı həm stadiondakı azarkeşlər, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Yevlax şəhər stadionunda baş tutan görüş “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu mövzuda digər xəbərlər:Xərəyi gözləməyib qucağında meydandan çıxardı VİDEO
05 Aprel 2026 19:42
Rəqib zədəli oyunçunu qucağında meydandan çıxardı Video
29 Aprel 2026 17:21
“Kəpəz”in həkimi zədəli futbolçu üçün xərəyi gözləmədi VİDEO
05 Aprel 2026 19:26
“Qarabağ”ın oyununda QALMAQAL: Maksim Medvedev komandanı meydandan çıxardı
22 Mart 2026 16:48
Ronaldo Portuqaliyanı finala çıxardı Video
05 İyun 2025 07:37
Baxış sayı:115
Bu xəbər 05 Aprel 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















