Xəsarət alan Rusiya vətəndaşlarının son durumu...
Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus təyyarənin Qazaxıstanın qərbində qəzaya uğraması nəticəsində xəsarət alan 6 Rusiya vətəndaşının stasionar şəraitdə müalicəsi davam edir.
Axar.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov deyib.
O bildirib ki, yaralılardan 3-nün durumu ağırdır:
“Aktauda qəzada xəsarət alan 3 rusiyalı vəziyyətlərinin yaxşılaşması ilə əlaqədar xəstəxanadan buraxılıb. Stasionar şəraitdə 6 nəfərin müalicəsi davam edir, onlardan 3-nün durumu ağırdır. Biri uşaq olmaqla, digər 3 nəfərin durumu isə orta-ağırdır”.
Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 31 Dekabr 2024 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















