Icma.az
close
up
RU
Xəstə uşaqlar, çarəsiz analar… Gələcəyimiz üçün təhlükə var

Xəstə uşaqlar, çarəsiz analar… Gələcəyimiz üçün təhlükə var

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda son illər müxtəlif sahələrdə mühüm islahatlar aparılsa da, bəzi sosial problemlər hələ də aktual olaraq qalır. Onlardan biri də erkən nikahdır. Xüsusilə, bölgələrdə hələ də adət-ənənə, mentalitet və sosial problemlərin təsiri ilə yeniyetmə qızlar erkən yaşda ailə qurmağa məcbur edilirlər. Bu hal təkcə onların təhsil, inkişaf və şəxsiyyət kimi fundamental hüquqlarını pozmur, eyni zamanda, cəmiyyətin sağlam təməllər üzərində formalaşmasına ciddi maneə törədir.

Rəsmi statistik göstəricilər son illərdə erkən nikahların sayında azalma olduğunu göstərsə də, rəsmiləşdirilməyən, sadəcə dini kəbin və ya ailə arasında qeyd edilən evliliklər hələ də mövcuddur. Bu cür hallar isə nəzarətdən kənarda qalır və onların yaratdığı tibbi, psixoloji və hüquqi fəsadlar cəmiyyətin gələcəyini təhlükə altına alır. 

ÜST: 15-19 yaş arası qızlar arasında ana ölümü halları daha yüksəkdir  Toyuqlu pizza

Erkən yaşda hamiləlik və doğuş, tibb elminin qənaətinə əsasən, həm ana, həm də uşaq üçün ciddi risk daşıyır. Yeniyetmə qızların orqanizmi hələ tam inkişaf etmədiyi üçün erkən hamiləlik onların sağlamlığını geri dönməz şəkildə poza bilər. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 15-19 yaş arası qızlar arasında ana ölümü halları daha yüksəkdir. Azərbaycanda da bu yaş qrupuna daxil olan ana ölümləri və uşaq ölümləri arasında ciddi əlaqə müşahidə olunur. 

Rəsmi statistikaya görə, 2024-cü il üzrə respublikanın 14 iqtisadi rayonunda ümumilikdə 185 nəfər 17 yaşında rəsmi nikaha daxil olub. Üzrlü səbəbləri əsas gətirən belə şəxslərə icra orqanları tərəfindən vaxtından əvvəl evliliyə rəsmən icazə verilib. Lakin qeyd etmək yerinə düşər ki, elə həmin qəbul edilən qanun layihəsinə əsasən, 17 yaşında evliliyə imkan verən istisna hallarla bağlı müddəa ləğv edildi. 

Erkən evlilik mərasimləri və dini kəbinkəsməyə görə məsuliyyət müəyyən olunub 

Erkən nikahla bağlı 2025-ci il iyulun 1-dən etibarən müvafiq qanunlara dəyişikliklər qüvvəyə minib, cəzalar sərtləşdirilib.  

Belə ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli Qanunu ilə erkən evlilik hallarına yol verilməsinin qarşısını almaq, uşaqların və gənclərin hüquqlarını müdafiə etmək, habelə qohum nikahlarından qaynaqlanan genetik və sosial risklərin qarşısını almaq məqsədilə bir sıra yeni hüquqi normalar müəyyən olunub.

Qanunda Ailə, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi, on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi ilə bağlı normalar əks olunub. 

Valideynlər də erkən nikahın təşkil edilməsinə görə cəzalandırılacaqlar

Cinayət Məcəlləsinə əlavə edilən maddə on altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər, eləcə də erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir. Bu maddədə nəzərdə tutulmuş cinayətə görə məsuliyyət erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə həmin şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır.

Belə ki, əksər hallarda iyirmi yaş həddində gənclər əsasən valideynlərinin təkidi və istiqamətləndirilməsi nəticəsində evliliyə daxil olurlar. Bu subyektlər erkən evliliyin təşkilinə görə məsuliyyətdən azad edilsələr də, əməldə Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayanlarla cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinin tərkibi mövcud olduqda məsuliyyətə cəlb olunurlar. Məqsəd isə evliliyə daxil olan şəxs arasında böyük yaş fərqi olan halların qarşısının alınması və cəzalandırılmasıdır.

Qeyri-sağlam uşaqlar doğulur, azyaşlı analar sağlamlıq problemləri yaşayır… 

Pediatr, deputat Müşfiq Məmmədli erkən nikah probleminə həm tibbi, həm də sosial-etik aspektlərdən yanaşaraq qeyd edib ki, bu cür nikahlar sağlam ailə modelinin formalaşmasına ciddi zərbə vurur. Onun fikrincə, nikah yalnız iki insanın bir araya gəlməsi deyil, cəmiyyətin genefondunu müəyyən edir və gələcək nəslin sağlamlığının təməlidir: 

“Erkən nikahlar fizioloji baxımdan qadın orqanizminin hamiləliyə hazır olmaması səbəbindən həm sağlam olmayan uşaqların doğulmasına, həm də anaların gələcəkdə digər sağlamlıq problemləri yaşamasına gətirib, çıxarır. Eyni zamanda, mənəvi və psixoloji hazırlığın olmaması nəticəsində belə ailələrdə münaqişələr, boşanma halları və zorakılıq ehtimalı artır”. 

“Məktəblərdə və ali təhsil müəssisələrində maarifləndirmə gücləndirilməlidir”

Deputatın sözlərinə görə, artıq Azərbaycan qanunvericiliyində erkən nikahların qarşısının alınması ilə bağlı ciddi inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur: 

“Amma bununla yanaşı yalnız cəza tədbirləri deyil, maarifləndirmə işləri də mühüm rol oynayır. Məktəblərdə, ali təhsil müəssisələrində və əhali arasında aparılan maarifləndirmə, təbliğat kampaniyaları bu prosesin önəmli hissəsidir. Eyni zamanda ilkin səhiyyə xidməti qurumlarının da prosesə qoşulması, xüsusilə hamiləlik öncəsi maarifləndirmənin gücləndirilməsi vacibdir”. 

Erkən nikah bütöv bir toplumun gələcəyinə təhlükədir

M. Məmmədli əlavə edib ki, erkən nikahlar rəsmiləşdirilmədən həyata keçirilir:

“Bununla da həmin ailələr cəmiyyətin diqqətindən kənarda qalaraq daha təhlükəli nəticələrlə üzləşirlər. Belə halların qarşısını almaq üçünsə təkcə dövlət orqanları deyil, cəmiyyətin hər bir fərdi məsuliyyət daşımalıdır”. 

Nəticə olaraq, qeyd etməliyik ki, erkən nikahlar təkcə fərdi tale deyil, bütöv bir toplumun gələcəyi üçün təhlükə mənbəyidir. Onunla mübarizə yalnız qanuni tədbirlərlə məhdudlaşmamalıdır. Maarifləndirmə, sosial dəstək, ailə institutlarının düzgün formalaşdırılması və qadınların iqtisadi-mədəni inkişafına yönələn proqramlar bu məsələnin həllində əsas rola malikdir.

Cəmiyyət olaraq üzərimizə düşən məsuliyyət isə yalnız qınamaq və ya faktları qeyd etməklə bitmir. Biz gənclərimizin gələcəyini qorumaq, onların sağlam, təhsilli və xoşbəxt böyüməsini təmin etmək üçün həm hüquqi, həm sosial, həm də mənəvi baxımdan daha fəal olmalıyıq. 

A.Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi”” layihəsi çərçivəsində hazırlanıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 İyul 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri