Icma.az
close
up
RU
Xəstəxanalardan 31 əməkdaş işdən çıxarıldı YENİ TƏYİNATLAR

Xəstəxanalardan 31 əməkdaş işdən çıxarıldı YENİ TƏYİNATLAR

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

TƏBİB vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində zəruri addımlar atılır.
Bu məqsədlə TƏBİB-in müvafiq struktur bölmələrinin nümayəndələrindən ibarət müştərək komissiyalar tərəfindən tabeli tibb müəssisələrində fəaliyyətin müxtəlif istiqamətləri üzrə planlı və növbədənkənar monitorinqlər həyata keçirilir.
Monitorinqlərin məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması, mövcud risklərin müəyyən edilməsi, qanunvericiliyin tələblərinə riayət olunması, həmçinin vahid tibbi standartların tətbiqinin təmin edilməsidir. Həmçinin tibb müəssisələrində tibbi sənədləşmənin düzgün aparılması, klinik protokol və standartlara əməl olunması, müayinə və müalicə proseslərinin qiymətləndirilməsi, işçi heyətinin ştat cədvəlinə uyğunluğunun yoxlanılması, o cümlədən əmək müqavilələri və kadr sənədlərinin təhlili, işçilərin peşə hazırlığı, sertifikasiya və təlim proseslərinin monitorinqi, kadr ehtiyaclarının və işçi yükünün təhlili istiqamətində tədbirlər görülür.
Tibb müəssisələrində xidmət keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə operativ baxılmasının təmin edilməsi, sahələr üzrə aşkarlanmış nöqsanların qısa zamanda aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, 2026-cı ilin aprel ayından etibarən Sabunçu Tibb Mərkəzi, Qusar Rayon Mərkəzi Xəstəxanası, Xəzər Tibb Mərkəzi, Akademik Mirməmməd Cavadzadə Adına Respublika Kliniki Uroloji Xəstəxanası, Ə.D.Məlikov Adına Binəqədi Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, Şamaxı Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 11 nömrəli Şəhər Poliklinikası, Yazıçılar Birliyi Poliklinikası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Ağdam Rayon Mərkəzi Xəstəxanası, İmişli Rayon Mərkəzi Xəstəxanası, İnnovasiya və Təchizat Mərkəzi, Biləsuvar Rayon Mərkəzi Xəstəxanası, Hövsan Tibb Mərkəzi, 9 saylı Şəhər Poliklinikasında aparılmış yoxlama və araşdırmalar nəticəsində 9 əməkdaşın əmək müqaviləsinə xitam verilib, 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 5 araşdırmanın nəticəsi üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi və müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanası, Nizami Tibb Mərkəzi, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Ağcabədi Rayon  Mərkəzi Xəstəxanasında bu istiqamətdə tədbirlər həyata keçirilir. Prosesin ölkə üzrə digər tabeli tibb müəssisələrində də davam etdirilməsi nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər tibb müəssisələrində xidmət keyfiyyətinin artırılmasına, fəaliyyətin daha səmərəli təşkilinə və mövcud çatışmazlıqların vaxtında aradan qaldırılmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 İyun 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri