Xəstəxanaya gələn qadınların uyğunsuz fotolarını çəkən həkim saxlanıldı
Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ədirnədəki dövlət xəstəxanasının həkimi F.K. (62) cib telefonu ilə qadın xəstələrin uyğunsuz fotoşəkillərini çəkib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, xəstəxananın təcili yardım otağına gələn qadının nalayiq fotolarını görən dostu polisə gedərək şikayət edib. Şikayət əsasında saxlanılan F.K.-nın mobil telefonuna baxış keçirilib. Araşdırma zamanı telefonda xəstəxanaya müalicə üçün gələn başqa qadınların da nalayiq fotoları aşkarlanıb.
Polis bölməsindəki əməliyyatlardan sonra məhkəməyə sövq edilən F.K. prokurorluqda dindirildikdən sonra sərbəst buraxılıb.
O Ədirnə Sağlamlıq Müdirliyi tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.
Faktla bağlı inzibati araşdırma başladılıb.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 Yanvar 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















