Xəstəxanaya yerləşdirilən Rza Baba dan XƏBƏR VAR
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur aktyoru Zafer Ergin səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Milli.Az xəbər verir ki, 83 yaşlı aktyor "Arka Sokaklar" serialının çəkilişləri zamanı qəfil özünü narahat hiss edib. Bundan sonra o, İstanbulun Şişli rayonunda yerləşən özəl klinikalardan birinə aparılıb və həkim nəzarətinə götürülüb. Aparılan tibbi müayinələr zamanı aktyorun qan analizlərində infeksiya göstəricilərinin yüksək olduğu müəyyən edilib və həkimlər onun bir neçə gün xəstəxanada qalmasına qərar veriblər.
Məlumata görə, tətbiq olunan antibiotik müalicəsindən sonra aktyorun vəziyyəti xeyli yaxşılaşıb. Həkimlər Zafer Erginin sabah xəstəxanadan evə buraxılacağını bildiriblər.
Qeyd olunur ki, aktyor həftəsonunu evdə istirahət edərək keçirəcək və səhhəti imkan verərsə, gələn həftənin əvvəlində yenidən serialın çəkiliş meydançasına qayıtmağı planlaşdırır.
Xatırladaq ki, Zafer Ergin uzun illərdir ki, tamaşaçıların sevdiyi Arka Sokaklar serialında "Rza Baba" obrazını canlandırır. Aktyor həmçinin bir vaxtlar Kurtlar Vadisi serialındakı "Karahanlı" rolu ilə də izləyicilərin yaddaşında qalıb.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 13 Mart 2026 09:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















