Icma.az
close
up
RU
Xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var

Xəstəxanaya yerləşdirilən Xalq artistindən xəbər var

Azərbaycanın tanınmış qoşanağara ustası, Xalq artisti Sadıq Zərbəliyevin bu gün ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.

Bu barədə Xətai Tibb Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Xalq artisti noyabrın 15-də Mərkəzin Reanimasiya şöbəsinə qəbul edilib.

“Xəstəyə ürəyin işemik xəstəliyi, ağciyər-ürək çatışmazlığı, sağtərəfli plevro-pnevmoniya diaqnozu təyin edilib. Hazırda Terapiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir”, - məlumatda vurğulanıb./APA

seeBaxış sayı:100
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri