Icma.az
close
up
RU
Xetafe fanatları Real ın hansı oyunçusuna ölüm arzuladılar?

Xetafe fanatları Real ın hansı oyunçusuna ölüm arzuladılar?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

La Liqanın 33-cü turunda ''Real'' səfərdə ''Xetafe'' üzərində Arda Gülərin qolu sayəsində 1:0 hesablı çətin və vacib qələbə qazandı.

''Football-plus.az'' xəbər verir ki, oyun qalmaqalsız ötüşmədi. Qarşılaşmanın 78-ci dəqiqəsində Dani Sebalyos Arda Gülərin əvəzinə meydana çıxdı. Amma dəyişiklikdən dərhal sonra hakim oyunu dayandırmalı oldu. Belə ki, tribunadan ''Sebalyosa ölüm'' şüarları eşidildi. Hakimin tələbi ilə stadionun doktoru fanatlara müraciət edərək bu təzahüratları bir daha səsləndirməməyi xaiş etdi. Təxminən 1 dəqiqəlik fasilədən sonra oyun qaldığı yerdən davam etdirildi.
''Xetafe'' fanatlarının bu futbolçuya nifrəti 2016-cı ildə baş verən hadisə ilə bağlıdı. Sebalyos həmin vaxt ''Betis''in şərəfini qoruyurdu. 2015/16-nın son turunda ''Xetafe'' səfərdə ''Betis''ə uduzaraq La Liqa ilə vidalaşmalı olmuşdu. 9 sarı, 1 qırmızı vərəqənin göstərildiyi və çox gərgin keçən həmin qarşılaşmada Sebalyosun rəqibin bəzi futbolçuları, eləcə də məşqçilər korpusunun üzvləri ilə atışması olmuşdu. Futbolçu həmin vaxt ağzından ''ümid edirəm ki, aşağı liqada çürüyüb birdəfəlik məhv olacaqsız'' ifadəsini çıxarmışdı.
Göründüyü kimi illər keçsə də, ''Xetafe'' fanatlarının təcrübəli oyunçuya nifrəti soyumayıb. Ancaq onların bu hərəkəti ''Xetafe''yə baha başa gələ bilər. Hakim bu insidenti öz protokolunda qeyd etdiyindən Nizam-İntizam Komitəsinin bu hadisəni araşdıracağı gözlənilir. ''Xetafe''nin növbəti ev oyununda ''Kolizeum Alfonso Peres'' stadionunda bu şüarı səsləndirən tribunaya fanatların buraxılmayacağı istisna edilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 25 Aprel 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri