Icma.az
close
up
RU
Xətai rayonunda baş verən özbaşınalığa niyə göz yumulur?

Xətai rayonunda baş verən özbaşınalığa niyə göz yumulur?

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Bakının Xətai rayonunun Firudin Ramazanov küçəsinin sakinləri ərazidə aparılan tikinti işlərindən narazıdırlar. Sakinlərin şikayəti əsasında sözügedən ünvanda çəkiliş apardıq.
Müdafiə Nazirliyinin balansında olan dörd mərtəbəli yaşayış evinin əhatəsi 1-ci mərtəbədə yaşayan sakinlərdən biri tərəfindən zəbt olunub. Binanın ətrafına daş hasar çəkilib. Vətəndaşlar buna görə iki ildən çoxdur şikayət edirlər.
Xətai Rayon İcra Hakimiyyəti, Rayon Bələdiyyəsi, ərazi üzrə Mənzil-İstismar Sahəsi və digər əlaqədar təşkilatlar süründürməçiliyə yol verirlər. Biz də bunun əyani şəkildə şahidi olduq.
Mənzil-İstismar Sahəsinin Elşad adlı müdiri ilə rastlaşaq da o suallarımıza cavab vermək əvəzinə sözün əsl mənasında qaçıb aradan çıxdı. Hara qədər, nə vaxta qədər qaçacaq? Bəlkə rayonun icra başçısı bu suala cavab tapa bilər. "Dəvədən böyük fil var" deyiblər. Ona görə də zavallı "jek" müdirini o qədər də qınamaq olmur. Başının üstündə Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi, İcra Hakimiyyətinin şöbələri, icra başçısı və başqaları dayanır. Ona görə çəkiliş görəndə qaçırlar ki, onlara xəbər çatdırsınlar. Bu icra hakimiyyətləri üçün deyəsən olub keçənlər ibrət olmur. İcra hakimiyyətlərindəki həbslər, icra başçılarına verilən töhmətlər dərs olmadı. İndi bizim göstərdiyimiz videofakt məmur özbaşınalığının ən pis halıdır. Bu boyda divarı görməmək olmaz. Sakin özbaşınalıq edibsə, onda yerli icra strukturları hara baxıblar? Gözlərində problem varsa, yaxını-uzağı görə bilmirlərsə, bunlar sağlamlıq kağızını necə alıblar? Evdə, mənzildə xırda bir təmir edən kimi "jek" işçiləri, sahə polis inspektoru da həmin dəqiqə peyda olurlar. İndi dördmərtəbəli yaşayış binasının ətrafı hasarlanıb, buna cavab vermək istəyən yoxdur. İnsanlar nə etsin? Xəstə təcili yardım çağırır, maşın həyətə çətinliklə girir, ya da kənarda saxlayıb piyada gəlirlər. Sabah yanğın hadisəsi baş versə, yanğınsöndürən maşınlar necə gedib-gələcəklər? Və ya başqa xidməti avtomobillər, yük maşınları həyətə necə girsinlər? Hasar adi minik maşınlarının da hərəkətinə mane olur, qəza şəraiti yaradır. Bunları hamı bilir, amma hamı da susur. Görəsən niyə? Yaşayış normalarına hansı dövlət qurumları cavabdehdirlərsə, onlardan cavab gözləyirik.
[media=https://ru.files.fm/f/5w5rpny5wv]
Sima Babayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 02 Sentyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri