Xətaidə C.Naxçıvanski adına Hərbi Liseydə bayram konserti keçirilib FOTOLAR
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.
"Unikal" xəbər verir ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev, liseyin müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edənlər tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək, bu əlamətdar günlərin milli birlik, həmrəylik və vətənpərvərlik baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.
Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 30 Dekabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















