Icma.az
close
up
RU
Xətaidə möhtəşəm konsert proqramı təşkil olunub FOTOLAR+VİDEO

Xətaidə möhtəşəm konsert proqramı təşkil olunub FOTOLAR+VİDEO

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdən əvvəl Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, onun xatirəsi dərin ehtiramla yad edilib.

Ardınca Ümummilli lider Heydər Əliyev adına istirahət parkında yerləşən amfiteatr səhnəsində tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva, Zahid Oruc, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələr, şəhid ailələri və qazilər və digərləri iştirak ediblər.

Keçirilən tədbirin  rəsmi  hissəsinin  açılışında Azərbaycanın Dövlət himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Pərvanə Vəliyeva və Zahid Oruc, həmçinin Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Ramil Mirzəyev çıxış edərək müasir və müstəqil Azərbaycanın qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafında, eləcə də gənclərin milli ruhda tərbiyə olunmasında misilsiz xidmətlərindən bəhs etmişlər. Qeyd olunmuşdur ki, Heydər Əliyevin siyasi irsi bu gün də ölkəmizin inkişaf strategiyasının əsasını təşkil edir və bu yol Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir çərçivəsində ümummilli liderin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin, eləcə də gənclər arasında keçirilən şahmat üzrə blitz və mini-futbol turnirlərinin qalibləri elan olunmuş və onlar diplomlar, hədiyyələr və fəxri fərmanlarla təltif edilmişlər. Bu kimi tədbirlər gənclərin intellektual və fiziki inkişafına töhfə verməklə yanaşı, onların Heydər Əliyev irsinə bağlılığını da daha da gücləndirir.

Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib. Konsertdə bir çox məşhur incəsənət ustaları və gənc müğənnilərin ifasında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.

Sonda təşkil olunan atəşfəşanlıq səmanı al-əlvan rəngə boyayıb,  tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri