Xətaidə qəza: “Toyota” ilə “Chevrolet” toqquşdu, yol nişanı qopdu VİDEO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Xətai rayonu, Sabit Orucov küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 28-də saat 14:30 radələrində qeydə alınıb. Belə ki, hərəkətdə olan 77-TE-802 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobil, 77-YJ-668 dövlət nömrə nişanlı “Chevrolet Cobalt” markalı maşınla toqquşub. İddialara əsasən, qəzaya səbəb “Toyota” sürücüsünün ötmə və manevr qaydalarını pozması olub. Qəzadan yayınmaq istəyən “Chevrolet” sürücüsü idarəetməni itirərək maşını bordürə çıxarıb və piyada keçidi yol nişanına çırpılıb. Hadisə zamanı hər iki maşına maddi ziyan dəyib, yol nişanı qopub.
Nərmin
Bu mövzuda digər xəbərlər:Lökbatanda qəza: “Hyundai” və “Chevrolet” toqquşdu VİDEO
31 Oktyabr 2025 13:53
Xətaidə avtobusla avtomobil toqquşdu Video
08 İyul 2025 09:34
Lənkəranda “VAZ” və “Chevrolet” toqquşdu VİDEO
16 Oktyabr 2025 17:16
Maştağada “Chevrolet” yük maşınıyla toqquşdu VİDEO
20 Oktyabr 2025 17:50
Gəncədə zəncirvari qəza: “Chevrolet”, “Mercedes və “Skoda” toqquşdu VİDEO
29 Avqust 2025 15:56
Baxış sayı:113
Bu xəbər 28 Avqust 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















