Xəyal Rzanın şeirlər kitabı Macarıstanda nəşr olundu
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
“AB ART” nəşriyyatı Macarıstanda Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rzanın şeirlər toplusunu nəşr edib.
Kulis.az xəbər verir ki, 1995-ci ildə yaradılan “AB ART” nəşriyyatı əsasən Slovakiya, Macarıstan və Rumıniyadan olan müasir macardilli müəlliflərin bədii ədəbiyyat əsərlərinin nəşri üzrə ixtisaslaşıb.
Qeyd olunub ki, nəşriyyat artıq on ildən çoxdur dünya poeziyası seriyasını təqdim edir. Bu seriyanın əlli doqquzuncu cildi məhz Xəyal Rzanın şeirlərindən ibarət seçməni əhatə edir.
Müasir poeziyanın müxtəlif dillərdə yazan görkəmli nümayəndələrini bir araya gətirən bu seriya indiyədək italyan, alban, fransız, keniyalı, cənubi koreyalı, çinli, rumın, serb, alman və amerikalı şairlərin əsərlərini macar dilinə qazandırıb.
Bildirilib ki, dünya ədəbiyyatı seriyasının redaktorları beynəlxalq səviyyədə tanınan macar şairləri Attila F. Balazs, Sandor Halmosi və Daniel Levente Paldır. Xəyal Rzanın şeirləri də macar dilinə Daniel Levente Pal tərəfindən tərcümə olunub.
Topluya daxil edilən tərcüməçi qeydlərində Daniel Levente Pal bildirib ki, Xəyal Rzanın şeirləri macar dilində sadəlik, birbaşa ifadə və daxili melodik ahəng tələb edir. Tərcüməçi qeyd edib ki, Xəyal Rzanın poeziyasında diqqət çəkən əsas xüsusiyyət motivlərin təkrar-təkrar qayıtmasıdır. Onun sözlərinə görə, qapı, yağış, ürək, torpaq, kədər və ölüm kimi obrazlar hər dəfə daha dərin məna qazanaraq inkişaf edir. Məsələn, əvvəl qapı daxili bağlılığı ifadə etdiyi halda, kitabın sonunda insan taleyinin simvoluna çevrilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Aprel 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















