Icma.az
close
up
RU
Xəyanət bildiyimiz şey sadəcə dəyişməkdir Kəramət Böyükçöl

Xəyanət bildiyimiz şey sadəcə dəyişməkdir Kəramət Böyükçöl

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

İnsanda xəyanət potensialı var. Buna biz xəyanət deyirik. Bu, əslində, dəyişməkdir.

Dəyişmək insanın ən təbii halıdır. Biz hər an dəyişirik. Dəyişdiyimizi ən çox köhnə toy kassetlərinə baxanda görə bilərik. Keçmiş statuslarımızı oxuyanda görə bilərik ki, biz nə qədər dəyişmişik. Hamımız dəyişirik, hər şey dəyişir. Sevdiyimiz adamlara münasibətimiz dəyişir.

İş yerimizə də, partiyamıza da, rəhbərimizə də münasibətimiz dəyişir. Sadəcə insan getdiyi yolun psixoloji əsirinə çevirilir deyə çoxları dəyişdiyini biruzə verə bilmir, dilə gətirə bilmir, deyə bilmir.

Məsələn, 10 il bir yolla gedirsən. Bütün münasibətlər sistemin o yolda qurulur. Dost-tanış o yolda qazanılır. Hətta ailə də o yolda qurulur. Sonra adamlar bir-birini tutub o yolda əsir saxlayır. Bir də görürsən ki, 10 ildən sonra, düz yolun ortasında fikirlərin dəyişib. Ancaq ayaqlarının mazoluna başa sala bilmirsən ki, sən bu yolu səhv gəlmisən. Səhv bildiyin yolda getməyə davam edirsən. Çünki o yoldan çıxmağa xəyanət adı qoyurlar.

Xəyanət sözünə də yekə bir şprislə iynə vurub böyüdürlər ki, hamı qorxsun. Əslində isə xəyanət nədir? Heç nə, dəyişmək. Mən onda səni sevirdim, indi sevmirəmdir xəyanət. Və qorxub bunu gizli-gizli eləməkdir xəyanət. Siyasətdə də belə bir məhkumluğun var, evdə, ailədə, iş yerində, dostluqda da. Bəzən içində iddialar yaranır. Bəzən də o iddialar yoxa çıxır. Bəzən əldə etdiklərinlə özünü ən xoşbəxt adam hesab edirsən.

Bəzənsə düşünürsən ki, mən daha çox şeyə layiqəm, bunlar nədir ki… İnsanın içində fırtınalar baş verir. Ancaq içində baş verən bütün prosesləri, fırtınaları gizlətməyə məhkumsan, məcbursan. Bəzən qanun qoymur o hissləri dilə gətirməyə, dövlət qoymur, bəzən insanlar qoymur, özün qoymursan…

Qadağalar, mədudiyyətlər olmasa, qorxun o hisslərə nəzarət eləməsə, insanın içindəki o duyğular çölə çıxsa, dünyanın nizamı pozular. Hər şey darmadağın olar. Din də o duyğuların qarşısını almaq, gizlətmək üçündür, qanun da, hüquq da… Bir din içəridən insana nəzarət eləyir, bir DİN də çöldən. O hisslərin üstünü insan bəzən gülüşləri ilə, bəzən susqunuqla, bəzən kədərlə, bəzən qəzəblə, lap axırda torpaqla örtürsən, çıxıb gedir.

Kəramət Böyükçöl

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Mart 2026 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see467

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see351

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see294

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see251

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see248

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see243

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see238

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see238

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see228

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see206

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see195

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see193

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see188

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri