Icma.az
close
up
RU
Xəyanət edən şəxsləri hansı cəza gözləyir? Vəkil danışdı

Xəyanət edən şəxsləri hansı cəza gözləyir? Vəkil danışdı

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Müğənni Nüşabə Musayevanın efirdə xəyanət etdiyini açıq şəkildə və təbəssümlə dilə gətirməsi ictimaiyyətdə narazılıqla qarşılanıb. Bu məsələdən sonra xüsusilə xəyanətlə bağlı qanunvericilikdə maddənin olmaması gündəm olub. Bəzi ölkələrdə xəyanət cinayət sayılır və ciddi cəzalar tətbiq edilir.

Məsələn, Filippində xəyanət edən qadınlar 6 ilə qədər, kişilər isə 4.5 ilə qədər həbs cəzası ala bilərlər. Yaxud ABŞ-ın bəzi ştatlarında da bu var. Fakt aşkar olduğu halda, yüksək məbləğdə kompensasiya tələb edilə bilir.

Azərbaycanda da belə hüquqi statuslara ehtiyac varmı?

Globalinfo.az-a danışan vəkil Asim Abbasovun fikrincə, cəmiyyətdə insanları düşündürən məsələlərdən biri də xəyanət edən kişi və ya qadına görə qanunvericilikdə hər hansı bir məsuliyyətin nəzərdə tutulmasıdır.

Onun sözlərinə görə, hazırda Azərbaycan Qanunvericiliyində kişinin və qadının xəyanətinə görə hər hansı bir hüquqi məsuliyyət nəzərdə tutulmur:

“Yəni ər-arvadın bir-birinə xəyanət etməsi onlar üçün heç bir hüquqi məsuliyyət yaratmır. Kişi ilə qadın nikahda olan zaman və ya nikahdan sonra xəyanətə görə bir-birlərinə qarşı hər hansı tələb irəli sürə, tədbir görə bilmir. Xəyanətə görə qanunvericilik kişi və qadının üzərinə nə maddi, nə də mənəvi bir məsuliyyət qoyur. Ümumiyyətlə, qanunvericilikdə şəxslərin üzərinə “xəyanət etməmək” kimi hər hansı bir öhdəlik qoyulmayıb. Həmçinin xəyanət faktoru kişi ilə qadın arasında əmlak bölgüsü ilə bağlı olan məhkəmə mübahisəsində də hüquqi cəhətdən bir əhəmiyyət kəsb etmir. Bundan başqa ərlə arvadın bir-birinə xəyanət etməsi nikahın pozulması ilə bağlı məhkəmə işlərində nikahın pozulmasının motivi kimi formalaşmış tipik səbəblərdən biridir”.

Asim Abbasov

Vəkilin dediklərinə görə, ölkəmizdə 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsində “Çoxarvadlılıq” adlanan maddə var idi ki, həmin maddəyə görə birdən artıq qadınla ailə münasibətlərində olan şəxslərin cinayət məsuliyyəti yaranırdı:

“Hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə belə bir maddə və cinyət hüquqi məsuliyyət mövcud deyil. Onu da qeyd edim ki, xəyanət mənəvi və əxlaqi cəhətdən cəmiyyətdə qəbul edilməyən arzuolunmaz bir davranışdır. Xəyanət edən kişi və ya qadının hüquqi cəhətdən heç bir məsuliyyəti olmasa da, onlar yalnız əxlaqi və mənəvi dəyərlərin pozulması, ailə münasibətlərinə və ailə dəyərlərinə hörmət edilməməsi kimi ictimai qınağa məruz qala bilərlər. Düşünürəm ki, dövlətin və cəmiyyətin mənafeləri naminə, həmçinin ailə dəyərlərinin, ailənin möhkəmliyinin və uzun ömürlülüyünün qorunub saxlanılması məqsədilə ölkəmizdə kişi və qadının xəyanətinə görə məsuliyyətin müəyyən edilməsi ilə bağlı qanunvericiliyə hər hansı bir əlavə və dəyişikliklər edilə bilər”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri