Icma.az
close
up
RU
İcazəsiz foto və video yayan şəxsləri hansı cəza gözləyir?

İcazəsiz foto və video yayan şəxsləri hansı cəza gözləyir?

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İnsanların gizli şəkildə şəkil və ya video çəkilməsi və bu görüntülərin icazəsiz yayılması həm şəxsi həyatı pozan, həm də qanunla ciddi şəkildə qadağan olunan əməllərdən biridir.

Belə hallar Azərbaycanda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tənzimlənir və törədən şəxslər ciddi cəzalarla üzləşə bilərlər.

Mövzu ilə bağlı Mebtuat.az-a açıqlama verən hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxsin xəbəri olmadan hər hansı məlumatların toplanılması, fotosunun çəkilməsi və yayılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyəti yaradır:

"Zərərçəkmiş şəxs barəsində məlumat və ya foto-videolar icazəsiz toplanmış və sosial şəbəkələrdə yayılmış şəxs xüsusi ittiham qaydasında həmin əməli törədən şəxsə qarşı onun yaşadığı ərazinin rayon məhkəməsinə və ya prokurorluğa müraciət edə bilər. Bu zaman mövcud sübutlar təqdim edilməli və qanuna uyğun tədbirlərin görülməsi tələb oluna bilər. Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə görə, şəxsi və ailə həyatı sirri olan məlumatların, sənədlərin, foto və video görüntülərin, səs yazılarının qanunsuz yayılması, satılması, digər şəxslərə verilməsi və ya toplanılması 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saata qədər ictimai işlər və ya 1 ilə qədər islah işləri ilə cəzalandırılır".

Hüquqşünas qeyd edib ki, eyni əməllər əgər vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə edilməklə, pilotsuz uçuş aparatları vasitəsilə törədilərsə, 3 ilə qədər müəyyən vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməmək şərti ilə 2 ilə qədər azadlığın məhdudlaşdırılması, yaxud 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ülkər Cəlilzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 11 Avqust 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri