Icma.az
close
up
RU
Xeyirxah əməllərində yaşayan insan

Xeyirxah əməllərində yaşayan insan

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uşaqlıq və yeniyetməlik yaşlarımda qonşu kənddə ədəbiyyat müəllimi işləyən atamın evimizə qonaq gələn yaşlı kişilərlə söhbətlərinə qulaq asmağı xoşlayırdım. Yaxşı xatırlayıram ki, bir dəfə belə söhbətlərin birində Quba rayon partiya komitəsinin birinci katibi vəzifəsindən yenicə Abşeron rayonuna eyni vəzifəyə seçilmiş Şıxseyid Kərimovdan söz düşmüşdü. Böyüklər onun barəsində xoş sözlər deyir, yaxşı işindən, əməllərindən ürək dolusu söz açırdılar.

O da yadımdadır ki, atamdan yaşca kiçik olan əmim dedi ki, Şıxseyid müəllimi Quba camaatı həm bacarıqlı rəhbər işçi, həm də abırlı, milli əxlaqlı insan kimi tanıyır. Bu sözlərin oradakılar üçün nə qədər dəyərli olduğunu dərhal hiss etdim. Gördüm ki, hamı başını razılıq əlaməti olaraq tərpədir. Sonra kimsə dedi ki, hər rəhbər işçiyə bu qədər el-oba sevgisini qazanmaq nəsib olmur.

O söhbətdən düz 54 il vaxt keçib. Qeyd etmək lazımdır ki, hələ 1950-ci illərin əvvəllərindən uzun illər komsomol, partiya, sovet, təsərrüfat işlərində rəhbər vəzifələrdə çalışan Ş.Kərimov sadəliyi, xeyirxahlığı, təşəbbüskarlığı ilə insanların dərin rəğbətini qazanmışdır. O, artıq dünyada olmasa da, təmiz adı və yaxşı əməlləri ilə yaddaşlarda yaşayır. Bu gün, okytabrın 4-də Şıxseyid müəllimin anadan olmasının 100-cü ildönümü tamam olur.

O, 1925-ci ildə Quba rayonunun İsnov kəndində Bakıda neft buruqlarında fəhlə işləyən Kərim kişinin ailəsində dünyaya göz açmışdı. İsnovda yalnız ibtidai məktəb olduğundan orta təhsilini 5 kilometr aralıda yerləşən Zərqəva kənd orta məktəbində bitirmişdi. 2-ci sinifdə oxuyanda atası vəfat etmiş, ailə ağır maddi məhrumiyyətlərlə üzləşmişdi. Bir il kənddəki kolxozda briqadir işləmizdi. 1943-cü ildə könüllü orduya getmiş, 7 il sərhəd qoşunlarında xidmət etmişdi.

1947-ci ildə hələ orduda partiya sıralarına daxil olmuş, savadı, biliyi, insanlarla ünsiyyət qurmaq bacarığı nəzərə alınaraq hərbi hissənin komsomol təşkilatının katibi seçilmişdi. 1950-ci ildə əsgəri xidmətdən tərxis olunanda gənc, perspektivi kadr kimi birbaşa Astaraxanbazar (indiki Cəlilabad) Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilməyə göndərilmişdi. Sonra isə Xankəndidə Vilayət Komsomol Komitəsinin katibi vəzifəsində çalışmışdı.

O, çox enerjili və məsuliyyətli insan idi. Hər bir sahədə etimadı doğruldurdu. 1952-ci ildən 1953-cü ilə qədər Azərbaycan KP Mərkəzi Komitəsində komsomol orqanları bölməsinin müdiri, MK-nın məsul təşkilatçısı vəsifəsində işləmişdi. Kiçik fasilələrlə əvvəlcə Sov.İKP MK yanında Ali Partiya Məktəbini (Moskva), sonra isə S.Ağamalıoğlu adına Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (Gəncə) bitirmiş, alim-aqronom ixtisasına yiyələnmişdi.

Şıxseyid Kərimov 1953-cü ildən 1957-ci ilin yanvarına qədər Azərbaycan KP MK-nın Dəstəfur (Daşkəsən) rayon partiya komitəsinin birinci katibi olmuşdu. Sonrakı 3 il ərzində Azərbaycan KP MK aparatında məsul təlimatçı, şöbə müdiri vəzifələrində çalışmışdı. 1960-cı ildə Cəlilabad rayon partiya komitəsinin birinci katibi, 1962-cı ildən Salyan Kolxoz-Sovxoz Məhəlli İstehsalat İdarəsində partiya təşkilatçısı olmuşdur. 1962-1966-cı illərdə Azərbaycan KP MK-nın Kənd təsərrüfatına rəhbərlik Bürosunun sədr müavini – Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdı.

Rəhbər kadr kimi Şıxseyid müəllim özünəməxsus cəsarət və qızğın təşəbbüslə öhdəsinə düşən bütün məsul vəzifələrin yerinə yetirilməsinə nail olmuşdu. Heç vaxt şəxsi mənafeyini düşünməmiş, hərəkət və davranışlarında adi, sıravi vətəndaşlarından fərqlənməmişdi. 1961-ci ildə Cəlilabad rayonunun birinci katibi vəzifəsinə seçiləndə, paytaxtın “Azneft” meydanı yaxınlığındakı 2 otaqlı mənzilini “mən ailəmlə bölgədə yaşayacağam, mənizlim niyə boş qalsın” düşüncəsi ilə hökumətə təhvil vermişdi. 2 ildən sonra o, Bakıya Mərkəzi Komitədə yeni yüksək vəzifəyə təyinat alanda, 6 nəfərlik ailəsi ilə birlikdə bir neçə ay kirayədə qalmağa məcbur olmuşdu.

Şıxseyid Kərimovun qaynar və səmərəli əmək fəaliyyətinin ən parlaq dönəmini 1966-1971-ci illərdə Ş.Kərimov Quba Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində işlədiyi illəri hesab etmək olar. Bu dövrdə rayonda bağçılığın inkişafına böyük önəm verilmişdi. Quba rayonunda meyvə bağlarında dədə-baba alma-armud sortlarını saxlamaqla, palmet üsulu ilə intensiv bağçılığa start verilmişdi. Bu istiqamətdə atılan addımlar öz müsbət nəticəsini vermişdi. 1970-ci ildə Qubada rekord miqdarda - 40 min tondan çox meyvə toplanmışdı.

O dövrdə Qubada vüsətlə abadlıq-quruculuq işləri də aparılmışdı. Qəçreş, Xoşnı və Afurca bulaqlarının yanında istirahət zonaları yaradılmışdı. II Dünya müharibəsində həlak olan əsgərlərin xatirəsinə memorial abidələr ucaldılmışdı. “Qızbənövşə” meşə parkı salınmış, şəhərdə stadion yaradılmışdı. 50 kilometrdən çox uzunluğu olan Quba–Alpan–Susay–Xınalıq avtomobil yolu çəkilmişdi. Birinci və İkinci Nügədi, Pirvahid, İsnov, Zərqəva, Küpçal kəndlərinə gedən yollar təmir edilərək genişləndirilmişdi. 1967-ci ildə dəniz səviyyəsindən 2 min 300 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə işıq çəkilmış, sakinlərin evlərində ilk dəfə elektrik lampaları yandırılmışdı.

Quba şəhərinin özündə də böyük abadlıq işləri görülmüşdü. A.Bakıxanov adına kinoteatr binası istifadəyə verilmişdi. Rayon mərkəzində Mədəniyyət sarayı, Universal mağaza inşa edilmiş, 2 beşmərtəbəli bina tikilmişdi. Şəhərin mərkəzində istirahət parkı, geniş meydan düzəldilmişdi. Qubadan Xaçmaza gedən magistral yolda 3 kilometrlik ikitərəfli prospekt salınmışdı. Bununla da ərazidə çox sayda avtomobil qəzalarının qarşısı alınmışdı.

Bu yerdə qeyd etmək lazımdır ki, Ş.Kərimov təkcə doğulub boya-başa çatdığı Quba rayonunda deyil, əvvəllər birinci katib vəzifəsində işlədiyi Daşkəsən və Cəlilabad rayonlarında da eyni şövq və əzmlə geniş tikinti-quruculuq, abadlıq işlərinin aparılmasının təşəbbüskarı olmuşdur. Qubadan sonra 1971-ci ildən 1973-cü ilədək Abşeron rayon partiya komitəsinin birinci katibi vəzifəsində çalışdığı dönəmdə bu rayonun da sosial-iqtisadi, mədəni həyatında canlanma, ruh yüksəkliyi müşahidə olunmuşdur.

Sonrakı illərdə Ş.Kərimov Azərbaycan Təbiəti Mühafizə Komitəsində, Respublika Könüllü Balıqçılar və Ovçular Cəmiyyətində məsul vəzifələrdə çalışmışdı. O, VI, VII və VIII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, Sov.İKP-nin XXII və XXIV qurultaylarının nümayəndəsi seçilmişdi. Səmərəli əmək fəaliyyətinə görə “Qırmızı Əmək Bayrağı” ordeni və çox sayda medallarla təltif olunmuşdu.

Şıxseyid müəllim xalqımızın 1991-ci ilin oktyabrında öz müstəqiliyinə qovuşmasına çox sevinmişdi. Lakin bir müddət sonra ölkəmizi idarə edənlərin səriştəsizliyi səbəbindən respublikamızda xaos və özbaşınalığın baş alıb getməsindən, düşmənin namərdcəsinə bundan istifadə edərək Qarabağımızı öz caynağına keçirməsindən çox narahat olmuşdu. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışını ürəkdən o da alqışlamış, bu dahi siyasətçinin böyük xilaskarlıq missiyasını fəal surətdə dəstəkləmişdir.

Şıxseyid Kərimov 1995-ci ilin oktyabrın 6-da 70 yaşında dünyasını dəyişmişdir. Quba rayonunda nəşr olunan “Şəfəq” qəzetində dərc olunan nekroloqda qeyd olunurdu ki, Şıxseyid müəllim onu yaxından tanıyanların qəlbində sadə və vicdanlı insan kimi qalmışdır. O, həyatın mənasını nə yüksək vəzifədə, nə də şan-şöhrətdə axtarmışdı. Sədaqətli həyat yoldaşı Ərmənisə xanımla 42 il birgə xoşbəxt ömür sürmüşdürlər. Ailənin bütün 6 övladı ali təhsil almış, bilik və savadları, nümunəvi davranışları ilə cəmiyyətdə hörmət qazanmışlar.

Tanınmış yazıçı-publisist Nurəddin Faxralı redaktoru olduğu “Yurd sevgisi” jurnalının 2018-ci il aprel nömrəsini Ş.Kərimovun parlaq ömür yoluna həsr etmişdir. “Şıxseyid dünyasi” adlanan həmin nəfis buraxılışda Ş.Kərimovun özünün qələmə aldığı xatirələri ilk dəfə işıq üzü görmüşdür. Bu, çox səmimi və kövrək qeydlərin “Çox sevərdim, xoşlardım...” bölümündə müəllif həyatda 16 ən çox sevdiyi məqamı sadalayır. Onlardan biri “Meşələrdə bir bulağa rast gələrkən onu xəzandan təmizləmək” adlanır.

Mənə elə gəlir ki, bu, ilk baxışda adi görünən bu xoş duyğunun Şıxseyid Kərimovun mənalı həyat yolu ilə səsləşən dərin rəmzi mənası var. Axı o, erkən yeniyetməlik illərində doğma kəndi İsnovun dağ və meşələrinin yamaclarında payızın saralmış yarpaqları altında gizlənən çeşmələri taparaq üzə çıxaranda necə sevinibsə, bir o qədər də əlində imkan və səlahiyyətlər olanda insanlara yaxşılıq etməkdən zövq almışdır. Sadə, xeyirxah və vicdanlı insan olmaq amalı ona həyatını dolğun və mənalı yaşamağa imkan yaratmışdır.

Şıxseyid Kərimov yüksək mənəviyyat adamı idi. Bu günün özündə də bir vaxtlar rəhbər vəzifələrdə çalışdığı bölgələrdə, əmək kollektivlərində, geniş ictimaiyyət arasında onun əziz xatirəsi dərin hörmətlə anılır, haqqında səmimi, xoş sözlər deyilir. Ömrü boyu etdiyi təmənnasız yaxşılıqlar, qurub-yaratdıqları yada düşür. Ruhu şad olsun!

Məsaim ABDULLAYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Oktyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə telefon və ağıllı saatlar qadağan ediləcək

04 İyun 2026 02:36see273

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see228

Zelenskinin məqsədi danışıqlar prosesinə ABŞ sız qatılmaqdır

04 İyun 2026 09:07see227

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see220

Qədim Efes şəhərində gecə muzeylərinə səfərlər başlayıb

04 İyun 2026 04:02see209

Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib

03 İyun 2026 17:53see202

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see192

Orta Dəhliz və Azərbaycanın yeni iqtisadi hədəfləri

03 İyun 2026 11:30see188

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see187

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see186

“Qərbi Azərbaycana qayıdış ideyası revanşizm deyil, tarixi ədalət çağırışıdır” Elçin Babayev

03 İyun 2026 11:28see181

QMİ rəsmisi görmə qabiliyyətini itirdi Səhv əməliyyat olunub?

03 İyun 2026 00:13see173

ABŞ Dövlət katibi Mərkəzi Asiya ölkələrinə səfər edəcək

04 İyun 2026 02:39see172

Makronun xanımının cinsiyyəti ilə bağlı yeni FAKTLAR üzə çıxdı!

03 İyun 2026 02:06see171

Məhərrəm ayı bu tarixdə başlayacaq MƏLUMAT

03 İyun 2026 01:07see168

Baş məşqçi millimizin finala yüksəlməsindən danışdı

04 İyun 2026 01:15see159

Aİ iqtisadiyyatları üçün risklər barədə xəbərdarlıq edildi

03 İyun 2026 20:48see151

Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib

04 İyun 2026 16:29see141

İran ABŞ nin esminesinə hücum etdi

04 İyun 2026 04:29see140

Bukayo Saka haqqında sənədli film çəkilib

04 İyun 2026 04:15see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri