Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Xeyirxahlıqla işıqlanan ömür: Şahsuvar İbrahimov

Xeyirxahlıqla işıqlanan ömür: Şahsuvar İbrahimov

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın neft sənayesi sahəsində uzun illər şərəflə çalışmış, neftçilərə sosial xidmətlərin yüksək səviyyədə təşkilində təşəbbüskarlığı və peşəkarlığı ilə böyük hörmət və nüfuz qazanmış, dövlət təltiflərinə layiq görülmüş Şahsuvar Cəlal oğlu İbrahimovun adı bu gün – anadan olmasının 100-cü ildönümündə ehtiramla xatırlanır.

O, xalqımıza çoxsaylı ziyalılar, qəhrəman övladlar bəxş etmiş Qubadlıda dünyaya göz açmış, doğma kəndi Çardaqlıda ilk təhsilini aldıqdan sonra 12 yaşında Bakıya – peşə məktəbində oxumağa göndərilmişdi. Yeniyetmə yaşlarında paytaxtda əmək fəaliyyətinə başlamış, hərbi zavodlardan birində çilingər işləmiş, hətta həmin zavodun Rusiyaya köçürülməsi ilə əlaqədar 2 il Kuybışev (indiki Samara) şəhərində yaşamalı olmuşdu. Səhhəti ilə əlaqədar Qubadlıya qayıtdıqda isə təsərrüfat işlərində ailəsinə kömək etmişdi. Həmin dövrdə faşizmə qarşı İkinci Dünya müharibəsi gedirdi və gənc Şahsuvar da cəbhəyə can atırdı. Bu məqsədlə rayon hərbi komissarlığına müraciət edəndə cavab vermişdilər ki, hələ yaşın düşmür. O, istəyinə yalnız 1944-cü ilin fevralında çatır və altı aya yaxın döyüşlərdə iştirak edir. Yaralandıqdan sonra isə ordudan tərxis olunaraq Qubadlıya qayıdır.

Gənc müharibə veteranının həyat yolunun yeni mərhələsi doğma rayondan Bakıya – bu dəfə neft sənayesində çalışmaq üçün göndərilməsi ilə başlayır. Tərkibində onun da olduğu bir qrup qubadlılının mindiyi qatarda Naxçıvandan da gənclər paytaxt neft mədənlərində çalışmaq üçün gedirdilər. Şahsuvar İbrahimovun gələcəyin məşhur neftçisi, Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovla sonradan möhkəm dostluğa çevrilən ilk tanışlığı da məhz bu qatarda olur.

O zaman əyalətdən Bakıya gənclərin neft sənayesi müəssisələrinə göndərilməsi kadr çatışmazlığı və neftə olan strateji tələbatla bağlı idi. Yeniyetmə yaşlarından zəhmətə alışmış gənc Şahsuvar neft mədənlərində ən ağır işlərdə çalışaraq qısa müddətdə sıravi fəhləlikdən baş mühəndis-mexanik vəzifəsinə qədər yüksəlir. Üstəlik, istehsalatdan ayrılmadan Moskva Sovet Ticarət İnstitutunun Bakı filialında qiyabi təhsil alaraq əmtəəşünas ixtisasına yiyələnir. Neft sənayesində bu ixtisası üzrə işləmək imkanını 1959-cu ildə qazanır və uzun illər neftçilərə ticarət-iaşə xidmətinin təşkili ilə məşğul olur. Bu sahədəki qüsursuz fəaliyyəti ilə tanınaraq rəhbərliyin etimadını layiqincə doğruldur. Səmərəli fəaliyyətinə görə “Əməkdar ticarət işçisi”, “Əməkdar neftçi” fəxri adlarına, “Xalqlar dostluğu” ordeninə, müstəqillik dövründə isə “Tərəqqi” medalına layiq görülür.

Nümunəvi təchizatçı kimi Şahsuvar İbrahimovun neft sənayesinin sosial sektorundakı uğurlu fəaliyyəti, əsasən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir. Dahi rəhbər onu yaxından tanıyır, müxtəlif tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirərək ona etimadını nümayiş etdirirdi. Təbii ki, Şahsuvar müəllim də qazandığı nailiyyətlərin əsasında Ulu Öndərin diqqət və qayğısının dayandığını daim dərin minnətdarlıqla xatırlayırdı.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 1993-cü ilin avqustunda Qubadlının işğal olunması ömrünün ahıllıq çağında olan Şahsuvar müəllimə böyük mənəvi iztirab yaşadırdı. O, yurdundan didərgin düşmüş həmvətənlərimizin dərdinə şərik olur, onlara əlindən gələn köməyi əsirgəmirdi. Həmin dövrdə yüzdən çox məcburi köçkün ailəsi məhz onun şəxsi nüfuzu sayəsində müvəqqəti yaşayış yeri və işlə təmin olunmuşdu.

Müharibə və əmək veteranı Şahsuvar İbrahimov Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyinə qətiyyətlə inanırdı. Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə həyata keçirdiyi və onun layiqli varisi Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü siyasətin Zəfərlə nəticələnəcəyinə əmin idi. Özü bu günləri görməsə də, cəmiyyətdə layiqli vətəndaş kimi xalqımıza və dövlətimizə xidmət edən övladları və yaxınları möhtəşəm Qələbəmizin qürurunu yaşayırlar. Şahsuvar müəllimin ruhu isə indi azad Qubadlıda rahatlıq tapıb.

Məşhur Roma filosofu Siseron deyirdi: “Dünyasını dəyişənlərin həyatı sağ qalanların xatirəsində davam edir”. Gənc yaşlarından ömrünü Azərbaycanın neft sənayesinə həsr etmiş Şahsuvar İbrahimovun xeyirxah əməlləri də unudulmur; övladlarının, nəvə-nəticələrinin həyat yolunu nurlandırır, yaddaşlarda yaşayır.

Ruhu şad olsun!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Avqust 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri