Xeyriyyə aksiyası: Muxtar respublikada 2600 dən çox uşaq tibbi müayinədən keçib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 7 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində muxtar respublikada ilk dəfə olaraq uşaq bağçalarında D vitamininin profilaktik məqsədlə paylanması üzrə xeyriyyə aksiyası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihə çərçivəsində əsas məqsəd uşaqların sağlam inkişafının dəstəklənməsi, immun sistemlərinin möhkəmləndirilməsi və D vitamini çatışmazlığı ilə bağlı risklərin azaldılması olub. Aksiya, həmçinin raxit və digər hipovitaminoz hallarının profilaktikasında mühüm rol oynayıb.
Naxçıvan şəhərində yerləşən məktəbəqədər təhsil müəssisələrində 1670 uşaq müayinədən keçirilib, onlardan 233 nəfər dispanser qeydiyyatına götürülüb və ümumilikdə 2249 doza D vitamini paylanılıb.
Aksiya zamanı muxtar respublikada rayonlar üzrə fəaliyyət göstərən uşaq bağçalarında isə ümumilikdə 1241 uşaq tibbi nəzarətə cəlb olunub, onlardan 955 nəfəri ilkin tibbi müayinədən keçib, 151 nəfər dispanser qeydiyyatına alınıb. Eyni zamanda, 1241 uşağa D vitamini paylanılıb.
Xeyriyyə aksiyası çərçivəsində həyata keçirilmiş kompleks tibbi-profilaktik tədbirlər nəticəsində uşaqlar arasında sağlam həyat tərzinin təşviqi, erkən yaşlardan etibarən xəstəliklərin qarşısının alınması istiqamətində mühüm addımlar atılıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi bu kimi profilaktik tədbirlərin gələcəkdə də sistemli şəkildə həyata keçirilməsini nəzərdə tutur və uşaqların sağlamlığının qorunmasını prioritet istiqamət kimi müəyyənləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 07 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















