Icma.az
close
up
RU
Xəzər 45 metr geri çəkildi “Rusiyanın qəsdli marağı var”

Xəzər 45 metr geri çəkildi “Rusiyanın qəsdli marağı var”

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

“Məsələ burasındadır ki, Lənkəranda, Astarada 35–45 metr geri çəkilmə varsa, bu hələ, Xəzər dənizinin dərin olan hissəsidir. Görün, indi şimal hissəsində, dayaz hissələrində nələr baş verir? Yəni bu, gözlə görünən dərəcədə Xəzər dənizi sahəsi kiçilməyə başlayıb, quruma – quruma deyil bu, yəni səviyyəsinin aşağı enməsi açıq-aşkar, çılpaq gözlə hiss olunur, görünür”. 

Bu sözləri “Yeni Sabah”a açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli deyib.

O bildirib ki, Volqa çayı üzərində qurulan bəndlər, çəkilən kanallar Volqa çayının Xəzərə su daşımasını azaldıb: Bakıda online alış-veriş

"Bunun birinci səbəbi, əlbəttə, iqlim dəyişiklikləridir, quraqlıqdır, yağıntıların zaman-zaman olmamasıdır. Amma o biri tərəfdən digər başlıca səbəb antropogen amildir. Xəzərin əsas sudaşıyıcı çayı Volqa çayıdır. Volqa çayı üzərində qurulan bəndlər, çəkilən kanallar Volqa çayının Xəzərə su daşımasını azaldıb. Xəzərin də buxarlanmaya bərabər, ondan artıq su almaması nəticəsində səviyyə aşağı düşüb. Bu, aydın məsələdir. Eyni proses ikinci böyük çay Kür çayıdır. Kür çayına da aiddir, Kür çayının da səviyyəsi aşağıdır. Aşağı axarlarda su demək olar ki, gedib bəzən dənizə çatmır da. Yəni bu amillər Xəzərin səviyyəsinin azalmasına, aşağı düşməsinə səbəb olur.

Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Birinci növbədə, təbii ki, Rusiya əsas Xəzəryanı beş dövlətdən əsas dövlət olaraq Rusiya, yəni Xəzərin suyu ilə təmin olunmasında əsas dövlətdir. Rusiya Volqa çayı üzərində bir limit müəyyənləşdirməlidir. Ordakı bəndlər, ordakı suvarma kanalları hamısı nizamlanmalıdır. Bu, mən hesab edirəm ki, Rusiyanın qəsdli şəkildə Volqa çayının Xəzərə su daşımasının azaldılmasına səbəb olmasıdır. Yəni burada bir qəsd var, bir ölkənin dövlət marağı var. Bu da Xəzərin səviyyəsinin azalmasına səbəb olur. Beş Xəzəryanı dövlətin qəbul elədiyi Tehran konvensiyası var. Digər görüşlərdə bunlar müzakirə olunur. Təəssüf ki, Rusiya burada özünü kənara çəkir, yaxından iştirak eləmir”. 

Ekoloq əlavə edib ki, Xəzərdə suyun azalması ekosistemlərin məhv olmasına səbəb olur:

“Deməli, bunun qarşısını almağında mümkündür, yəni mümkündür o mənada ki, Xəzərə su daşıyan, necə deyərlər, çayların suyunun Xəzərə getməsinə, Xəzərə çatmasına çalışılmalıdır, bunu mütləq eləmək lazımdır. Elə məsələlər çox çətindir, ancaq Xəzərdə suyun azalması ekosistemlərin məhv olmasına səbəb olur. Eyni zamanda sahənin kiçilməsi ilə səhralıq zona yaranır. Qumsal sahədən dənizin altından çıxan minerallar birbaşa insanlara, heyvanlara, bütün canlılara təsir eləyir. Yəni bunlar hamısı çox ciddi problem, ekoloji problemlərdir, problem deyil, faciədir, katastrofadır, ekoloji katastrofadır. Bunun qarşısını almaq üçün təcili tədbirlər görülməlidir. Dediyim kimi, birinci növbədə sudaşıyıcı çaylardır, ikinci növbədə suvarma sistemi, bizim özümüz daxil olaraq suvarma sistemimiz elə qurulmalıdır ki, çaylar dənizə axıb gedib çata bilsin. Yəni bu, birinci məsələdir, suyun düzgün istifadə olunmamasıdır. Bunları həll eləmək lazımdır ki, Xəzərin, necə deyərlər, ekoloji durumunda sabitliyə səbəb olunsun.  Bəli, bu il biraz yağıntılar bol oldu. Qismən qışda da qarın çox yağması hələ Xəzərin səviyyəsinin azalmasını zəiflət, enməsini zəiflətdi, kiçilməni zəiflətdi. Ümid eləyək ki, bu qış daha çox yağış yağar, daha çox qar yağar və onun hesabına da Xəzərin səviyyəsində bir sabitləşməyə nail ola bilərik. Bu, nə qədər davam eləyəcək, bunu bilmirik. İqlim dəyişikliklərinin fonunda deyirik, amma eyni zamanda iqlim dəyişiklikləri yağıntıları da gətirə bilər özü ilə və bu yağıntılar gələrsə, Xəzərin səviyyəsi sabitlənəcək”.

Qeyd edək ki, Xəzər dənizinin səviyyəsinin azalması Azərbaycanın cənub sahillərində də nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Mütəxəssislərin ölçmələrinə görə, Lənkəranda sahil xətti 45 metr, Astarada isə 35 metr geri çəkilib.

Nazim Hacıyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Noyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri