Icma.az
close
up
RU
Xəzər dənizi regionun iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir, ekoloji risklərdən qorunmalıdır

Xəzər dənizi regionun iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir, ekoloji risklərdən qorunmalıdır

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında Xəzər dənizi ilə bağlı çıxışı narahatlıq doğurur. Prezident bildirib ki, Xəzərin suyunun 80%-dən çoxu Volqadan gəlir. Volqa boyunca Sovet dövründə 7 böyük hidroenerji kompleksi tikilib. Son 10 ildə Rusiya bu kompleksləri yenidən quraraq qaydaları dəyişib. Prezident İlham Əliyev qeyd edib ki, əvvəllər Xəzərin yaşaması üçün müəyyən balans qorunurdusa, indi bu məsələ siyasi təzyiq vasitəsinə çevrilib. Rusiya Volqa üzərindəki iri su anbarları vasitəsilə Xəzərin taleyini faktiki olaraq öz əlində cəmləyib.

Xəzər dənizin gələcəyi yalnız ekoloji yox, həm də iqtisadi və geosiyasi müstəvidə ciddi risk altına salınır. Bütün bunlar yaxın 100 ilin planının tərkib hissəsidir. Xəzərsiz Rusiya, Xəzərsiz İran ümumilikdə elə də ciddi bir şey itirmir. Amma Xəzərsiz biz bir dənizi deyil, böyük bir mirası və genetik kodları itiririk.

"Xəzər"siz Azərbaycanın itkiləri nələr ola bilər?

Mövzu ilə bağlı Bizimyol.info xəbər portalına açıqlama verən deputat, siyasi elmlər doktoru professor Vüqar Rəhimzadə bildirib ki, son illər ərzində Xəzər dənizinin səviyyəsi bir metrdən çox aşağı düşüb: “Prezident İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək çox vacib məqamlara toxundu. Xəzər dənizinin ekoloji durumuna da diqqəti yönəldən Prezident İlham Əliyev bildirdi ki, 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələsini qaldırdım. Bu gün vəziyyət daha acınacaqlıdır. Xəzər dənizi sürətlə azalır. Əsas səbəb iqlim dəyişməsi deyil. Dövlətimizin başçısı qeyd etdi ki, gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan, həmçinin həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.

Xəzər dənizi ciddi ekoloji problemlərlə üz-üzədir. Son illər ərzində dənizin səviyyəsi bir metrdən çox aşağı düşüb. Bu, yalnız ölkəmizin problemi deyil. Bu dəniz region iqtisadiyyatı üçün strateji nəqliyyat dəhlizidir. Xəzəryanı beş ölkə bu problemi həll edərək Xəzəri qoruya bilər. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə görüşündə imzalanıb”.

Vüqar Rəhimzadə

Vüqar Rəhimzadə vurğulayıb ki, Volqa üzərindəki iri su anbarlarının inşa edilməsi Xəzər dənizinə mənfi təsir edir:“Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yeni bir hal deyil, amma son illərdə proses sürətlənib. İqlim dəyişikliyi, bölgədəki çay axınlarının azalması, antropogen təsirlər və qeyri-dayanıqlı iqtisadi fəaliyyətlər bu prosesin əsas səbəbləri kimi göstərilir. Xəzər dənizinə tökülən ən iri su mənbəyi olan Volqa üzərində çoxsaylı hidrotexniki qurğuların tikilməsi və axının tənzimlənməsi isə təbii dövretməni pozub və suyun səviyyəsini azaldıb. Volqa üzərindəki iri su anbarlarının inşa edilməsi Xəzər dənizinə mənfi təsir edir, balansı pozur. Əgər əvvəllər Xəzərin yaşaması üçün müəyyən balans qorunurdusa, indi bu, nəzərə alınmır.

Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması dövlətimiz üçün vacib məsələlərdən biridir. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında bu məsələni gündəmə gətirməsi də bunun təsdiqidir. BMT-nin su mənbələrinin müdafiəsi ilə bağlı real beynəlxalq hüquqi mexanizmləri mövcuddur. Eyni zamanda, bu məsələlərlə bağlı beynəlxalq konvensiyalar var. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün BMT-nin mexanizmlərindən istifadə edilə bilər”.

Günel Həsənova Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see261

Yeni qan qrupu yaradılır: Yalnız 50 nəfərdə var

18 Noyabr 2025 00:35see255

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see211

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see154

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see146

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see141

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see138

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see137

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see137

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see137

“Quba” gürcü oyunçu ilə yollarını ayırıb

17 Noyabr 2025 23:58see136

Almaniya və Çexiya rəqiblərinə “divan tutdu” gecənin nəticələri

18 Noyabr 2025 01:47see135

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see132

Tramp BMT Təhlükəsizlik Şurasının qərarını alqışladı

18 Noyabr 2025 04:18see129

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see126

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see126

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see126

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see125

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri