Xəzər dənizi sürətlə dayazlaşır: Son 200 ilin ən aşağı səviyyəsi
Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəzər dənizində suyun səviyyəsi hər il təxminən 10-20 sm azalır və son 200 ilin ən aşağı göstəricisinə çatıb.
Gununsesi.info “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Mazandaran əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Məhəmməd Rza Kənani danışıb.
Onun sözlərinə görə, son iki onillikdə Xəzər dənizində suyun temperaturu təxminən 1,5 dərəcə yüksəlib, buxarlanma isə 10-15% artıb. O, əsas səbəblər arasında iqlim dəyişikliyini və çay axınının azalmasını göstərib.
Məhəmməd Rza Kənani xəbərdarlıq edib ki, dəniz səviyyəsinin aşağı düşməsinin davam etməsi regionun sahil icmalarını, infrastrukturunu və unikal ekosistemlərini təhlükə altında qoyur. Xəzər dənizinə daxil olan suyun təxminən 75%-i çayların payına düşür, çay axınının təxminən 80%-ni isə Volqa təmin edir.
Çirklənmə də əlavə təhlükə yaradır: dənizə şəhər və sənaye çirkab suları, neft məhsulları və kənd təsərrüfatı tullantıları axıdılır. Ekoloqlar xəbərdarlıq edirlər ki, dayazlaşma və çirklənmənin birgə təsiri artıq Xəzər suitisi və nərə balığı kimi növləri təhlükə altına qoyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Avqust 2026 21:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















