Icma.az
close
up
RU
Xəzər dənizinin səviyyəsi 250 il enir Professor

Xəzər dənizinin səviyyəsi 250 il enir Professor

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəzər dənizinin səviyyəsi hər zaman dəyişir, ona görə də Bayıl qalasının görünməsi təsadüfi deyil. Həmin qala 1234-1235-ci illərdə tikilib. O zamanlar Xəzərin səviyyəsi hazırkı dövrdən təxminən üç metr aşağı olub. Bu, təbii prosesdir. Yəni, Xəzər dənizinin səviyyəsi həm enir, həm də qalxır. Xəzərətrafı ərazilərdə bu, həmişə müşahidə olunub.

Axar.az xəbər verir ki, bunu Azərtac-a açıqlamasında Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev deyib.

Professorun sözlərinə görə, son 200 ildə Xəzərin səviyyəsi 1805-ci ildə ən yüksək olub. Həmin vaxt səviyyə mənfi 22-23 metr təşkil edib. Dörd minillik müşahidələr onu göstərir ki, Xəzər dənizinin səviyyəsində periodiklik var. Yəni, 250 il qalxır, 250 il enir. Onun dəyişmə intervalı son üç yüz ildə 4 metrdir, yəni, səviyyə Baltik dənizi səviyyəsindən maksimum 25 metr aşağıda idisə, hazırda səviyyə mənfi 29 metrdir.

Xəzərin səviyyəsinin enmə sürətinin azaldığını qeyd edən Ə.Əliyev bildirib: “Biz Xəzərin səviyyəsinin bundan sonra da 1-2 metr enə biləcəyini gözləyirik. Bu proses əsrin ortalarına qədər, yəni, 2040-2050-ci illər arasında baş verəcək. Bundan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq. Bu, təbii proses olsa da, son 200 ildə antropogen amillərin təsiri də artıb. Antropogen faktorlar əsasən Volqa çayının suyundan həddən ziyadə istifadə ilə bağlıdır. Xəzər dənizinin su balansının 80 faizini Volqa çayı gətirir. Məxaricini isə buxarlanma təşkil edir. Son 20-30 ildə planetdə baş verən istiləşmə dənizin suyunun temperaturunu artırır ki, bu da Xəzərdə buxarlanmanı qaldırır. Həmçinin Xəzərə tökülən çayların suyu da azalıb. Həmin proses nəticəsində Xəzərin səviyyəsi son üç ildə il ərzində 15-17 santimetr enib. Bu prosesin əsrin ortalarına qədər davam etməsi və sonra səviyyənin yenidən qalxması gözlənilir. Xəzər dənizinin əsas xüsusiyyəti onun səviyyəsinin daim dəyişməsidir. Səviyyə əvvəllər də dəyişib, indi də dəyişir, gələcəkdə də dəyişəcək. Belə davam edərsə, təkcə Bayıl qalası deyil, başqa qalalar, abidələr də üzə çıxa bilər. Prosesin 1-2 metr də enməsini gözləməliyik. Odur ki, Xəzərin səviyyə dəyişməsini nəzərə almaqla onun ərazisinə çox yaxınlaşmaq olmaz. Lakin onun səviyyə dəyişmələrinə adaptasiya olmaq lazımdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Noyabr 2025 23:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri