Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Xəzər dənizinin səviyyəsində enmələr dövri xarakter daşıyır

Xəzər dənizinin səviyyəsində enmələr dövri xarakter daşıyır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son bir neçə ildir ki, Xəzər dənizində suyun səviyyəsinin intensiv azalması qeydə alınır. Paytaxtla yanaşı, Xəzərsahili bölgələrdə də bu, aydın müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, hələlik Xəzər dənizində suyun səviyyəsinin azalması ətraf mühit üçün təhlükəli həddə çatmayıb. Lakin bu proses mütəmadi davam edərsə, gələcəkdə xüsusilə də Xəzərsahili ölkələrdə dəniz limanlarının fəaliyyətinə ciddi təsir göstərə bilər. Bununla da dənizin quruya çıxan ərazilərinə hər hansı bir şəkildə müdaxilə etmək və ya tikinti işləri aparmaq son dərəcə təhlükəlidir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyir ki, Xəzər dənizinin su səviyyəsinin son onilliklərdə davamlı şəkildə aşağı düşməsi artıq proqnoz deyil, real ekoloji problemdir: "Sahilyanı zonaların dəyişməsi, ekosistemlərin daralması, suiti və nərə balıqları kimi növlər üçün risklərin artması bu prosesin əsas ekoloji nəticələrindəndir. Xəzərin dayazlaşması sahilyanı icmaların həyatına və regionda sahilyanı iqtisadi fəaliyyətə ciddi təsir göstərə bilər. Bu problemin həlli yalnız milli səviyyədə atılan addımlarla məhdudlaşa bilməz. Xəzəryanı dövlətlərin birgə səyləri və əlaqələndirilmiş fəaliyyətləri vacibdir".

Rauf Hacıyev su səviyyəsinin müxtəlif ssenariləri üzrə praktik və qabaqlayıcı tədbirlərin hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Xəzər dənizinin mövcud vəziyyətinin öyrənilməsi və bu istiqamətdə atılan addımlar gələcəkdə digər su hövzələrinin üzləşə biləcəyi oxşar problemlərin həlli üçün də mühüm təcrübə formalaşdıra bilər".

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, professor Əmir Əliyevin sözlərinə görə, Xəzər dənizinin ekoloji problemləri iki səbəbdən yaranır. Onlardan birincisi, Xəzər dənizinin çirklənməsi, ikincisi, dənizə tökülən suların miqdarının azalması nəticəsində səviyyəsinin enməsidir. O bildirib ki, Xəzər dənizində çirklənmə əsasən dənizdən neftin çıxarılması ilə əlaqədardır. Bu zaman normativlər daxilində müəyyən miqdarda çirkləndiricilər dəniz suyuna axa bilər. Bu nöqteyi-nəzərdən Xəzər dənizində çirklənmələrin olması mümkündür. Bundan əlavə, gəmilərin, tankerlərin hərəkəti nəticəsində də Xəzərə müəyyən miqdarda neft məhsulları, başqa çirkləndiricilər daxil ola bilir. Həmçinin Xəzərə tökülən çaylar da özləri ilə müxtəlif çirkləndiriciləri gətirir.

Professor qeyd edib ki, sahilyanı ərazilərdə tikinti prosesi də dənizə təsirsiz ötüşmür. Belə ki, əhalinin sayı artır, urbanizasiya prosesləri gedir və buradan da Xəzər dənizinə müəyyən qədər çirkləndiricilər daxil olur. Odur ki, Xəzərin sahilində qurulan infrastruktura xüsusi fikir vermək lazımdır ki, dənizi çirkləndirməsin: "Xəzər dənizinin çirklənmə səviyyəsinin növbəti 10-15 il ərzində daha da artacağını düşünürəm. Bu da təxirəsalınmaz tədbirlərin görülməsini labüd edir".

Xəzərin səviyyə dəyişmələrindən bəhs edən Əmir Əliyev enmə prosesinin periodik xarakter daşıdığını deyib. O diqqətə çatdırıb ki, son 4 min ildə Xəzərin səviyyəsində periodiklik təxminən 200-250 ildir və sonuncu ən böyük səviyyə təxminən 1805-1810-cu illərdə müşahidə olunub. Həmin vaxtdan etibarən Xəzərin səviyyəsi enmə mərhələsindədir: "Arabir bəzi qalxmalar olsa da, ümumi period enmə dövrüdür ki, bu da təxminən 2040-2050-ci illərə qədər davam edəcək. Bundan sonra Xəzərin səviyyəsi yenidən qalxmağa başlayacaq. Hazırda Xəzərin səviyyəsi Baltik sistemi ilə -29 metrdir. Qarşıdakı 10-15 ildə Xəzərin səviyyəsinin təxminən 1-1,5 metr də enməsi proqnozlaşdırılır. Xəzərə tökülən çayların, xüsusilə Volqa çayının gətirdiyi suyun miqdarı son illərdə 25-30 faizə qədər azalıb ki, bu da səviyyənin enməsinin əsas səbəbidir. 1995-ci illə müqayisədə Xəzərin səviyyəsinin enməsi və geri çəkilməsi nəticəsində Azərbaycanı əhatə edən sahil zonasında 40 min hektara qədər ərazi suyun altından çıxıb. Belə davam etsə, dəniz suyunun altından çıxan ərazilərin sahəsi artacaq. Əgər sahilyanı ölkələr təsirli tədbirlər görməsə, Xəzər dənizinin ekoloji vəziyyəti daha da pisləşə, bugünkündən də xeyli ağır ola bilər".

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) regional koordinatoru, Tehran Konvensiyası Katibliyinin rəhbəri Mahir Əliyev bu fikirdədir ki, gələcəkdə yeni rəqəmsal alətlər geniş ictimaiyyətə Xəzər dənizinin ekoloji vəziyyətinin monitorinqində iştirak etmək imkanı verə bilər. Söhbət xüsusi tətbiqlərdən və digər kommunikasiya formalarından gedir. Bu vasitələrin köməyi ilə vətəndaşlar tərəfindən toplanan məlumatlar vahid informasiya şəbəkəsinə ötürülə bilər. Belə bir yanaşma Xəzər dənizinin vəziyyəti barədə bilikləri genişləndirməyə və hər bir insanı ətraf mühitin potensial tədqiqatçısına çevirməyə imkan verəcək: "Xəzərin ekoloji sağlamlığına görə hər bir insan məsuliyyət daşıyır".

O vurğulayıb ki, belə bir mədəniyyətin uşaqlıqdan formalaşdırılması xüsusilə vacibdir. Onun sözlərinə görə, inklüziv təşəbbüslər xüsusi qayğıya ehtiyacı olan uşaqlara müxtəlif qavrama imkanlarından - görmə, toxunma, qoxu duyğusu və digər hisslərdən istifadə etməklə ətraf mühitin müşahidəsində birbaşa iştirak etməyə imkan verir.

M.Əliyev bildirib ki, yaxın illərdə dəniz tullantılarının toplanması və Xəzər dənizinin plastiklə çirklənməsi, eləcə də onun sahilyanı ərazisinin mühafizəsi üzrə kompleks tədbirlərlə bağlı bir sıra layihələrin həyata keçirilməsi planlaşdırılır. Onun dediyinə görə, müvafiq layihənin Azərbaycanda və digər Xəzəryanı ölkələrdə həyata keçirilməsi və sahilyanı ərazinin inkişafı və qorunmasına dair ümumi yanaşmaların formalaşdırılması nəzərdə tutulur. Bundan əlavə, Xəzər dənizinin Xəzəryanı ölkələrin hər birinə aid sektorlarında qorunan dəniz ərazilərinin inkişafını nəzərdə tutan dayanıqlı inkişaf prinsiplərinin tətbiqi ilə bağlı layihənin həyata keçirilməsi planlaşdırılır: "Gələcəkdə Xəzərin dayazlaşmasının nəticələrinin qarşısının alınması üçün tədbirlərin hazırlanmasına dair böyük layihə üzərində işləyirik".

O qeyd edib ki, hazırda Xəzəryanı ölkələrin qəbul etməli olduğu fəaliyyət planının hazırlanması istiqamətində iş aparılır. Gələcəkdə bu sənəd Xəzər dənizinin dayazlaşmasının nəticələrinin qarşısının alınması üçün konkret layihələrin və praktiki tədbirlərin hazırlanmasına əsas yarada bilər.

Tədqiqatçı Səid Hüseynovun sözlərinə əsasən, hazırda sahildə səviyyə son 12 ildə bir metr yarımdan çox enib. Almaniyanın Qapalı Su Hövzələri üzrə Hidroloji Zaman Seriyaları Bazasına görə, hazırda suyun səviyyəsi yanvarın 9-da yeni rekordla qeydə alınıb - mənfi 29.11 metr.

O vurğulayıb ki, bu gün alimlərin diqqətini çəkən əsas dəniz səviyyəsinin endiyi 2 otuzillik dövrdür:

"1948-1978 və 1996-2026-ci illər. Onlar arasında isə səviyyənin 18 illik qalxdığı aralıq var. Əvvəlki mənfi 29 metrlik aşağı səviyyə rekordu birinci 30 illik enmə dövrünün sonunda qeydə alınıb. Sonra bu rəqəm 1995-ci ilə qədər hər il 12 santimetr artaraq mənfi 25 metrə çatmış və son 140 ildəki ən yuxarı həddini bərpa etmişdi".

S.Hüseynov bildirib ki, enmə prosesi əsrin ilk iki onilliyində hər il 7 santimetr sürətlə gedib: "Bu, dünya su hövzəsinin artım dinamikasından 20 dəfə böyükdür. Xəzər yeni böhran mərhələsinə daxil olub. Son 5 ildə illik azalma 30 santimetrə çataraq dünyaya özünün indiyə qədərki ən yüksək həyəcan təbilini çalmağa başlayıb. Proqnozlar dörd dəfədən çox tezləşib".

Tədqiqatçının araşdırmalara əsasən dediyinə görə, bu gün Rusiya və Qazaxıstanın ərazisinə düşən Xəzərin şimal hissəsi xüsusi sürətlə kiçilir: "Nəticədə təkcə son 15 ildə dənizin şərq sahil xətti bəzi hissələrdə 8-10 kilometr geri çəkilib. Qazaxıstanın Ölü Kultuk körfəzi tam quruyub, Manqışlaq körfəzi kiçilib və yerində yeni adalar əmələ gəlib. Bu müddətdə cəmi 5 metrlik dərinliyə malik Qaraboğazgöl körfəzinin şərq sahili 26 kilometr geri gedib. Abşeron yarımadasının ətrafında sahil dərin olduğuna görə geriçəkilmə məsafələri şimaldakı qədər böyük deyil. Sular cəmi bir neçə kilometr yığışaraq Zığı Qum adası ilə birləşdirib. Abşeron Milli Parkının yerləşdiyi, yarmadanın "qartal dimdiyi" formalı qurtaracağı uzanıb və enlənib. Bakı bulvarının ən dayaz hissəsində isə 15-20 metr fərq var".

Səid Hüseynov vəziyyətin əsas səbəbini qlobal istiləşmə, dənizin sürətlə buxarlanması və çaylar üzərindəki bəndlərdə görür: "Xəzərin səviyyəsində baş verən dəyişikliklər ətraf ərazilər üçün ciddi təhlükələr yaradır. Enmənin davam etməsi, temperaturun artması suyun səthində yosun çirklərinin qatını qalınlaşdırır. Nəticədə canlı aləmin atmosferlə əlaqəsini və oksigenini azaldır. Hövzənin ekosistemi üçün ciddi təhlükə yaradır, biomüxtəlifliyin pozulmasına səbəb olur. Suyun səviyyəsi enib-qalxdıqda sahilyanı təsərrüfatlara ziyan dəyir, dolanışıq mənbələri itirilir, infrastruktur yararsız hala düşür. Səviyyə dəyişmələrinin sürəti artdıqca bu təsirlər daha da ağırlaşır".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Sentyabr 2026 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see585

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see495

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see448

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see319

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see305

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see298

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see290

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see277

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see261

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see253

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see243

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see229

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see226

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see204

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see199

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see199

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see197

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see183

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see182

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri