Icma.az
close
up
RU
Xəzər Günü Yox Olmaq Üzrə Olan Xəzinəni Qorumaq

Xəzər Günü Yox Olmaq Üzrə Olan Xəzinəni Qorumaq

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

12 avqust – Xəzər Günü 2006-cı ildə Azərbaycan, İran, Rusiya, Türkmənistan və Qazaxıstan liderləri tərəfindən təsis edilib. Bu beş sahilyanı dövlət Xəzər dənizinin ekoloji mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayaraq, dünyanın ən böyük qapalı su hövzəsini qorumağa söz veriblər.
Bu tarix sadəcə təqvimdəki bir gün deyil; Xəzər dənizinin biomüxtəlifliyinin üzləşdiyi kritik təhlükələri yada salan təcili xatırlatmadır. Milyonlarla insanı və saysız-hesabsız növü dəstəkləyən mühüm resurs kimi Xəzər həm ekoloji, həm də mədəni bir təməl rolunu oynayır. Ətraf mühitin davamlı şəkildə çirklənməsi bənzərsiz ekosistemin və regionun mühüm irs elementinin geri dönüşü olmayan itirilmə riskini daşıyır.
Xəzər Dənizi Böhranda
Son onilliklərdə Xəzər dənizinin su səviyyəsi təhlükəli dərəcədə azalmaqdadır və 2025-ci ildə ən aşağı tarixi səviyyəsinə çatıb. Alimlər qarşıdakı on ildə daha 4 metr azalma olacağı barədə xəbərdarlıq edirlər ki, bu da iqlim dəyişikliyi, temperaturun artması, çay axınlarının azalması və dayanıqlı olmayan insan fəaliyyəti ilə bağlıdır.
Çirklənmə – sənaye tullantıları, təmizlənməmiş kanalizasiya, neft sızmaları və plastik – suyu zəhərləyib. Xəzərin şirin suyunun 80 faizini təmin edən Volqa çayı getdikcə daha çox kənd təsərrüfatı, su elektrik stansiyaları və sənaye istifadəsi üçün yönləndirilir. Eyni zamanda, sahilboyu şəhərsalma və sənaye inkişafı təbii yaşayış yerlərini məhv edərək, növləri yox olma həddinə çatdırır.
Xəzərdə Nəsli Kəsilməkdə Olan Növlər
Azərbaycan Respublikasının Qırmızı Kitabına əsasən, Xəzər nərə balığı, Xəzər suitisi, Xəzər foreli, Şip nərəsi və Fars nərəsi (Qafqaz/Kür nərəsi) Xəzər dənizinin ya "Tənəzzül Həddində" (CR), ya da "Təhlükə Altında" (EN) növlərinə aiddir.


Xəzər Suitilərini Qoru (SCS): Yaşamaq Uğrunda Mübarizə
Suitilərin Sükutu
Xəzər suitisi (Pusa caspica) yalnız Xəzər dənizində yaşayan nadir, incə quruluşlu dəniz məməlisidir. XX əsrin əvvəllərində onların sayı təxminən 1 milyon idi; bu gün isə bu rəqəm cəmi 70,000–100,000 arasındadır. Sənaye çirklənməsi, brakonyerlik, balıqçı torlarında boğulma, buz yaşayış yerlərinin itməsi və virus infeksiyaları bu azalmanın əsas səbəbləridir. Bu tendensiya davam edərsə, Xəzər suitiləri tamamilə yox ola bilər.
Suitilərin sayının azalması sadəcə bir növün itirilməsi deyil. Onlar Xəzər dənizinin qida zəncirində mühüm halqadır. Onların yoxluğu balıqlar, xərçəngkimilər və planktonlar arasında tarazlığı pozur. Məsələn, suitilərin azalması sprat balığının həddindən artıq artmasına, digər növlər üçün qida azalmasına və ekosistemdə zərərli dəyişikliklərə səbəb ola bilər.
“Bu zərif məxluqların səsləri yox olmadan əvvəl onları müdafiə etməliyik.”
Fateh Arif Kərimlinin təsis etdiyi “Xəzər Suitilərini Qoru” təşəbbüsü, Xəzər suitisinin qorunması istiqamətində aparılan mübarizənin ön sıralarında yer alır.


Xəzər Suitilərini Qoru təşəbbüsü maarifləndirmə, təhsil, tədqiqat və gənclərin fəallığı vasitəsilə Pusa caspica-nın azalmasını dayandırmağa həsr olunub. Təşkilatın missiyası aydındır: bu nəsli kəsilməkdə olan növü qorumaq, Xəzər ekosistemində tarazlığı bərpa etmək və gənc nəsli ekoloji ədalət uğrunda fəaliyyətə ruhlandırmaq.
Hazırkı Xəzər Suitilərini Qoru layihələrinə daxildir:
– Suitilərin acınacaqlı vəziyyətini göstərən güclü mini-sənədli film.
– Minlərlə insana faktlar çatdıran və hərəkətə keçməyə çağıran sosial media kampaniyası.
– İctimaiyyətə Xəzəri necə qorumağı öyrədən ekoloji seminarlar.
– İnsanların öyrənməsi, iştirak etməsi və mühafizəyə qoşulması üçün ictimai tədbirlərdə maarifləndirmə guşələri.
Bu səylər vasitəsilə Xəzər Suitilərini Qoru, alimləri, fəalları, siyasətçiləri və adi vətəndaşları birləşdirərək, Xəzər suitiləri sadəcə sağ qalmasın, həm də sayları artsın deyə bir təşəbbüs yaradır.
Sizin Xəzəri Qurtarmaqda Rolunuz
Fəaliyyətə Çağırış: Xəzərin Səsi Susmasın!
Suitiləri qorumaq yalnız bioloji vəzifə deyil – bu həm də mənəvi və insani məsuliyyətdir. “Xəzər Suitiərini Qoru” olaraq hər kəsi bu təşəbbüsə qoşulmağa çağırırıq. Əgər gənclər, alimlər, QHT-lər, hökumətlər və özəl sektor birlikdə çalışsa, Xəzərin səsi – suitilərin səsi – susmayacaq.
Ən yaxşı təcrübələri nəzərə alaraq biz - Xəzər Suitilərini Qoru könüllüləri - Xəzər suitiərinin qorunması üçün aşağıdakı həlləri təklif edirik:
– Ən çox suitisi olan Abşeron yarımadası ərazilərində qorunan zona yaratmaq
– Ətraf mühit üzrə qanunvericiliyi gücləndirmək
– Suitilər üçün reabilitasiya mərkəzləri və sığınacaqlar yaratmaq
– Maarifləndirmə və ekoturizmi təşviq etmək
Xəzər dənizini qorumaq, gələcək nəsillər üçün sualtı irsimizi qorumaq deməkdir. Bu günün səssiz faciəsini görməzlikdən gəlməyək. Bu gün atdığımız addımlar sabahın təbiətini formalaşdıracaq.
Əlaqə və dəstək üçün:
Bizi sosial şəbəkələrdə izləyin: @SaveCaspianSeals
Kampaniyalarımıza qoşulun, Xəzər dənizi və onun canlıları üçün səsinizi ucaldın! #CaspianDay #SaveTheSeals #CaspianSeals

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 Avqust 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri