Icma.az
close
up
RU
​Xəzər insanları “udur”: batmamaq üçün nə etməli?

​Xəzər insanları “udur”: batmamaq üçün nə etməli?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Hər il yay mövsümünün gəlişi ilə Xəzər dənizində bədbəxt hadisələrin və boğulma hallarının sayı kəskin şəkildə artır. İsti hava şəraitində sərinləmək üçün çimərliklərə axışan yüzlərlə insan təəssüf ki, bəzən suyun gizli təhlükələrini unudur. Son günlərin acı statistikası hər gün neçə-neçə ailəyə böyük kədər “bəxş edir” və mövzunun nə dərəcədə aktual olduğunu bir daha ortaya qoyur.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən təhlükəsizlik eksperti Cavid Məmmədov dənizdə bədbəxt hadisələrin qarşısını almaq üçün ilk növbədə fərdi məsuliyyətin vacib olduğunu bildirib.

O qeyd edib ki, dənizə istirahətə gedən insanlar sağ qalmaq üçün müəyyən olunmuş qaydalara mütləq riayət etməlidirlər:

“İlk növbədə, vətəndaşlarımız yalnız xilasedicilərin fəaliyyət göstərdiyi və çimməyə rəsmi icazə verilən əraziləri seçməlidirlər. Xəzər üçün xarakterik olan “rip axınları”, yəni insanı geriyə, dənizə doğru çəkən güclü su axını zamanı panikaya düşmək olmaz. Belə vəziyyətdə sahilə doğru deyil, sahilə paralel şəkildə üzərək axından çıxmaq lazımdır. Güclü külək və dalğalı havalarda peşəkar üzgüçülər belə dənizə girməkdən çəkinməlidir. Digər tərəfdən, valideynlər azyaşlıları dəniz kənarında bir saniyə belə nəzarətsiz qoymamalıdırlar. Spirtli içki qəbul edib suya daxil olmaq isə birbaşa intihardır, çünki sərxoşluq insanın risk hissini tamamilə itirir və real təhlükəni vaxtında qiymətləndirməyə mane olur. Alkoqol mərkəzi sinir sistemini keyitdiyindən bədənin koordinasiyasını pozur, hərəkətləri ləngidir və ürək-damar sisteminə düşən ağırlığı kəskin şəkildə artırır. Xüsusilə isti havada spirtli içki qəbul edib soyuq suya qəfil daxil olmaq kəskin temperatur fərqi yaradır ki, bu da əzələlərdə ani qıcolmalara və damar daralması nəticəsində ürək dayanmasına səbəb olur. Son olaraq, sahildən çox uzaqlaşmamağa və çimərliklərdə quraşdırılmış xəbərdarlıq nişanlarını keçməməyə ciddi şəkildə riayət olunmalıdır”.

Ekspert bildirib ki, sadalanan bu sadə qaydalara əməl etmək hər bir vətəndaşın öz əlindədir və bu, insanı real ölüm təhlükəsindən xilas edə bilər.

Nazim Hüseynzadə /Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 26 İyun 2026 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see373

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see365

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see283

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see250

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see242

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see237

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see235

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see227

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see217

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see216

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see209

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see196

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see196

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see190

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see180

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see180

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see173

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see168

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri