“Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 portfelinə daxil edilib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısı dərc olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə portfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49 saxlama layihəsi daxil edilib.
Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu layihələr 2025-ci ilin aprel-may aylarında keçirilmiş ilk müraciət mərhələsində layihə təşəbbüskarları tərəfindən təqdim edilib. ENTSO-E bütün müraciətlərin TYNDP 2026 üçün qəbul meyarlarına uyğunluğunu yoxlayıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsinin də tələblərə cavab verdiyi təsdiqlənib. Növbəti mərhələdə, ikinci müraciət pəncərəsi 2025-ci il 15 sentyabr – 15 oktyabr tarixləri arasında açıq olub və ideya mərhələsində olan layihələri hədəfləyib. Bütün təqdim edilmiş layihələr 2025-ci ilin noyabr ayında inzibati və texniki yoxlamadan keçiriləcək. 2026-cı il ərzində TYNDP 2026 portfelinə daxil olan bütün layihələr üzrə xərclər və faydalar təhlili (cost-benefit analysis) aparılacaq. Nəticələr isə 2026-cı ilin sonlarında açıqlanacaq.
Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyə qədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib. Layihənin texniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindən həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 05 Noyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















