Icma.az
close
up
RU
“Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi”nin iki layihəsi TYNDP 2026 portfelinə DAXİL EDİLDİ FOTO

“Xəzər Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi”nin iki layihəsi TYNDP 2026 portfelinə DAXİL EDİLDİ FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) növbəti Onillik Şəbəkə İnkişaf Planı (TYNDP) çərçivəsində qiymətləndiriləcək elektrik enerjisi infrastrukturu layihələrinin ilkin siyahısı dərc olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.
“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin Faza 1 və Faza 2 layihələri TYNDP 2026 layihə portfelində yer alıb. Ümumilikdə bu portfelə 178 ötürmə və 49 saxlama layihəsi daxil edilib.
Bu layihələr 2025-ci ilin aprel-may aylarında keçirilmiş ilk müraciət mərhələsində layihə təşəbbüskarları tərəfindən təqdim edilib.
 

ENTSO-E bütün müraciətlərin TYNDP 2026 üçün qəbul meyarlarına uyğunluğunu yoxlayıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən “Yaşıl Enerji Dəhlizi” layihəsinin də tələblərə cavab verdiyi təsdiqlənib.


Növbəti mərhələdə, ikinci müraciət pəncərəsi 2025-ci il 15 sentyabr – 15 oktyabr tarixləri arasında açıq olub və ideya mərhələsində olan layihələri hədəfləyib. Bütün təqdim edilmiş layihələr 2025-ci ilin noyabr ayında inzibati və texniki yoxlamadan keçiriləcək.
2026-cı il ərzində TYNDP 2026 portfelinə daxil olan bütün layihələr üzrə xərclər və faydalar təhlili (cost-benefit analysis) aparılacaq. Nəticələr isə 2026-cı ilin sonlarında açıqlanacaq.
 

Xatırladaq ki, “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” 17 dekabr 2022-ci ildə Buxarestdə imzalanıb. Layihənin icrasına məsul qurum “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti” (GECO) yaradılıb. İndiyə qədər Nazirlər/Rəhbər Komitənin 10 iclası keçirilib.


Layihənin texniki-iqtisadi əsaslandırması isə “CESI” şirkəti tərəfindən həyata keçirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:71
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Noyabr 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see192

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see162

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see149

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see141

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see138

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see134

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see129

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see127

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri